İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli futbol çempionatında qış fasiləsi

470 26.12.2022 19:30 İdman A A

Milli futbol çempionatının yüksək dəstəsində 2022-2023 mövsümü qış fasiləsinə çıxıb. Novator.az bildirir ki, iki dövrədən sonra turnir cədvəlinə 50 xalla “Qarabağ” (Ağdam) başçılıq edir. Sabah”ın (Bakı) 43, “Neftçi”nin (Bakı) 38 xalı var.

“Zirə” (Bakı) 28, “Qəbələ” 25, “Turan Tovuz” 17, “Şamaxı” 13, “Sumqayıt” və “Kəpəz” (Gəncə) 12, “Səbail” (Bakı) 10 xal yığıb.

Çempionat dörd dövrəlikdir. Üçüncü dövrə 2023-cü il yanvarın 24-də start götürəcək.

Reqlamentə görə, iki və daha artıq komandanın topladığı xallar bərabər olarsa, qalib bu göstəricilər əsasında müəyyən edilir: komandaların öz aralarında keçirdikləri oyunların nəticələri; komandaların öz aralarında keçirdikləri oyunlarda top fərqi (səfər qolu nəzərə alınmır); mövsüm ərzində ən çox qələbə qazanmış komanda; bütün oyunlarda vurulmuş və buraxılmış topların fərqi; bütün görüşlərdə vurulmuş topların sayı; ən az qayda pozuntuları (sarı və qırmızı vərəqələr).

Bütün göstəricilər eyni olsa, püşk atılır.

1992-ci ildən başlayaraq Azərbaycan milli çempionatında 8 komanda qızıl medallara sahib çıxıb: “Neftçi” və “Qarabağ” 9, “Kəpəz” 3, “Şəmkir”, “Bakı” və “İnter” (indiki “Şamaxı”) 2, “Turan” (Tovuz) və “Xəzər Lənkəran” 1 dəfə çempion olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR