MİLLİ FİKİR MƏRKƏZİ ELMİRA AXUNDOVANIN TƏKLİFİNƏ QARŞI ÇIXDI
“Biz millət vəkili Elmira Axundovanın bu təklifini Azərbaycanın mənəvi dəyərlərinin təhqir olunması kimi qiymətləndirir və dərhal gündəmdən çıxarılmasını tələb edirik. Belə ki, yetkinlik yaşına çatmayan uşaqlara ”cinsi tərbiyə" fəninin tədris olunması, yeniyetmələrin psixoloji durumlarını gərginləşdirə və gələcəkdə onların həyatlarında nə kimi fəsadlar törədə biləcəyini araşdırmadan belə bir təkliflə çıxış edilməsi olduqca məsuliyyətsiz bir addımdır". Bu haqda Milli Fikir Mərkəzinin yaydığı bəyanatda deyilir.
Gənclər bildirir ki, bu qanun qəbul edilərək, orta məktəblərdə “cinsi tərbiyə” fənni tədris olunarsa, bu təklifi verənlər birbaşa zorakılığın, aqressivliyin artmasına təklif vermiş sayılacaq və buna görə də cavab verməli olacaqlar: “Bu təklifin verilməsinin üç əsas məqsədi var. Birincisi, ”cinsi tərbiyə" fənnini tədris edərək yeniyetmələri dərin mənəvi psixoloji böhrana sürükləmək, ikincisi, mühafizəkar ailələrinin qız uşaqlarının məktəbə buraxmamalarına zəmin yaratmaq və nəhayət üçüncüsü, ölkədə dünyəvi görüşlü insanlarla, dindar görüşlü insanların qarşıdurmasına zəmin yaratmaq. Əgər Elmira Axundova həqiqətən gənc ailələrin sağlamlıq mühitindən narahatdırsa və onların gələcəyini düşünürsə, o zaman daha aktual məsələləri gündəmə gətirə bilər: Gənc ailələrə ipotekanın sadələşdirilməsi, ailə hüququ, nikahları qeydiyyata alınmadan öncə tərəflərin, fiziki-mənəvi sağlamlıqlarının araşdırılması haqqında olan qanunlara dəyişiklik edə bilər. Ailələrdə uşaq pulunun, habelə sosial müavinətlərin artırılmasını təklif etmək daha yaxşı olardı. Biz Milli Fikir Mərkəzi olaraq ölkəmizin gələcəyinə “cinsi tərbiyə” fənninin tədris edilməsinə, ölkə insanını arasında dini-dünyəvi böhran yaratmaq məqsədlərinə qaşı olduğumuzu bəyan edirik. Bildiririk ki, bu məsələnin gündəmdən qalxması üçün hərəkətə keçəcəyik. Əgər bu təklif aradan qaldırılmasa, tədbirlərə və dinc aksiyalara başlayacağıq. Bu məsələdə medianı, ziyalıları və məsələdən xəbərsiz olan vətəndaşlarımızı duyarlı olmağa çağırırıq. İmkan verməyək ki, gələcəyimiz elmi-bilik yerinə “cinsi tərbiyə” ilə yetişsin".