Milli azadlıq hərəkatının fəalı İlqar Abbasov oğluna toy edir (FOTO)
Bu gün milli azadlıq hərəkatın fəalı, tanınmış Nardaran sakini İlqar Abbasovun oğlunun toyudur. Vəhdət Partiyasının Sabunçu rayon təşkilatının sabiq sədri, Bakı Kəndlər Birliyinin sədr müavini İlqar Abbasov oğlu Əliyə böyük toy məclisini yaşadığı qəsəbədəki eyniadlı şadlıq sarayında düzənləyib. Şadlıq məclisində Müsavat başqanı İsa Qəmbər, Xalq Partiyasının sədri Pənah Hüseyn, “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu və milli azadlıq hərəkatının çoxsaylı üzvləri qatılıblar.
Toy mərasimini xalq artisti Niyaməddin Musayev və digər tanınmış sənətçilər öz ifaları ilə rövnəqləndiriblər. Musavat. com qəzetimizin dostu olan İlqar Abbasovun oğlunun toyundan fotoları təqdim edir.
Musavat.com






