İnsanlara hürriyət, millətlərə istiqlal!

“Milli ailə dəyərləri – müasir ailədə” adlı layihə üzrə tədbir keçirildi - FOTOLAR 

1269 27.05.2018 01:35 Ölkə A A

Demokratiya və İnsan Hüquqları Komitəsi İctimai Birliyi  Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi  ilə “Milli ailə dəyərləri – müasir ailədə” adlı layihə üzrə Bakıda tədbir keçirib.

Tədbirdə  çıxış edən layihənin  təlimçisi  Əntiqə Qurbanova  bildirib ki, 6 ay davam edəcək layihənin  məqsədi ,  gənclərə  milli -mənəvi, əxlaqi  dəyərləri  mühafizə etməyi , milli ailə  dəyərlərinini   özündə  ehtiva edən müasir  ailə qurmağı və qorumağı təlqin etməkdir.

Ə. Qurbanova  layihə çərçivəsində  növbəti tədbirlərin  Şirvan, Şamaxı və Masallı rayonlarında keçiriləcəyinin planlaşdırıldığını nəzərə çatdırdı .

Eyni zamanda  tədbirdə müzakirə olunacaq  mövzuları da nəzərə çatdırdı.

Demokratiya və İnsan Hüquqları Komitəsi İB-nin sədri Çingiz Qənizadə

“Milli-mənəvi, əxlaqi dəyərlər; tarixi köklərimiz”  mövzusu ətrafında  geniş çıxış edərək  müasir gənclərin də  tarixi  köklərimizə  söykənən xüsusiyyərləri  özündə   formalaşdırmağı və qorumağı tövsiyyə etdi. Çingiz  müəllim tədbir iştirakçılarının   onları maraqlandıran suallarına cavab verdi. Çıxışının sonunda   gənclərə milli  dəyərlərə  söykənən  xöşbəxt  ailə qurmağı arzu etdi.

“Milli ailə və müasir ailələr haqda   düşüncələr” mövzusu ətrafında  iştirakçılar  geniş müzakirə apardılar. İştirakçılardan  Y. Tarverdiyeva, A. Bağırov, Ravin Bağır-Pur daha aktiv çıxışlar etdilər.

“Ailədaxili  münasibətlər (hörmət, güzəşt, qayğı, şiddət və s )  və nəticələr- gənclərin düşüncəsində və mütəxəsislərin gözü ilə.”  Və  “Boşanmalar və fəsadlar - gənclərin düşüncəsində və mütəxəsislərin gözü ilə.” Mövzulaı da gənclər tərəfindən qəzğın müzakirələrə səbəb oldu.

“Qarışıq ailələr və milli ailə dəyərləri” mözusu ətrafında  müzakirələr edildi.  Bu gün qloballaşma bir sıra sahələrdə olduğu kimi ailə modelində də öz izlərini buraxmaqdadır. Azərbaycan cəmiyyəti bu gun fərqli millətlərlə nikaha heç bir məhdudiyyət qoymur. Bunun müsbət tərəfləri olduğu kimi mənfi tərəfləri də var. Müsbət tərəflər sırasında biz Azərbaycanlı ailə modelinin eyni zamanda mədəniyyətinin digər toplumlara təqdim edilməsini önə çıxara bilərik. Mənfi tendensiyaların sırası isə bir qədər genişdir. Çünki qarışıq nikaha girən insanlarımızın çoxu ölkədən kənarda yaşayır, bu halda onların fərqli mədəniyyət içərisində öz milli kimliyini, ailə modelini qoruması heç də asan başa gəlmir. Zamanla dil, əsrlərlə xalqımızın məişətində yaşamaq haqqı qazanan adət ənənələr unudulur. Bəzən bu durum ailələrin dağılmasına gətirir, ona görə də gənclər ailə qurarkən sadəcə bir fikir bağlarına deyil, ənənə bağlarına da diqqət etməlidirlər.

Layihə təşkilatçılarından  Nabat Qəniyeva da ailə dəyərlərinin qorunması məsələsinə qarışıq nikahların yaratdığı fəsadları sadalamaqla başlayıb “Şəhər mühitində yaşayan gənclərin başqa xalqlarla birgə yaşayışı daha asan yaranır. Çünki kənd mühitindən fərqli olaraq şəhər insana gənc yaşlarından müxtəlif mədəniyyətlərlə tanışlıq eyni zamanda onlarla anlaşma vərdişləri aşılayır. Kənd mühitində böyüyən gənclik üçün isə fərqli mədəniyyətlərin yaratdığı mühit daha çəkici olur və belə insanlar birmənalı olaraq yeni mühitin təsiri altına düşürlər. Çünki onları yeni toplumda cəlb edən elementlər öz mühitlərində görmədikləridir. İnsanlar özgürlük və köhnəlmiş stereotiplərdən qurtulmaq üçün yeni mühitin təmsilçiləri ilə ailə qururlar. Ancaq bu nikahlar heç də hər zaman insanlara mutluluq və rahatlıq gətirmir. Dil, mədəniyyət, adət fərqləri, daha sonrakı nəsillərin fərqli ruhda böyüməsi zaman keçdikcə fərdləri yanlış seçim etdiklərinə inandırır. Bu da yaş ötdükcə insanlarda təklənmə, mənəvi tarazlığın pozulması kimi psixoloji problemlər yaradır. Söhbət heç də qarışıq nikahların mənfi tendensiya kimi təqdim edilməsindən getmir.

Qloballaşma artıq iri meqapolislərdə millət anlayışını ikinci plana keçirməkdədir. Təhsil üçün ya da əməkçi miqrant kimi xarici ölkələrə gedib orada fərqli millətlərin nümayəndələri ilə ailə quran sayı ildən-ilə çoxalmaqdadır. Statistika qarışıq nikahdan doğulan körpələrin də sayının son 30 ildə dəfələrlə artdığını göstərir. Psixoanalitiklərin müşahidələri göstərir ki, belə insanlar içərisində nadir istedadlar olsa da onlar faktiki olaraq konkret atanın və ya ananın mədəniyyətinin daşıyıcısı sayılmırlar.” Nabat Qəniyeva onu da vurğulayıb ki, əsrlərlə formalaşan ənənələrin silinməsi sosial həyatda müəyyən gərginliklər yaradır. “Sözsüz, elə adət - ənənələr var, onlar zamanla tarixə çevrilir. Amma elə davranışlar da var ki, onlar millətin əxlaq kodeksinə çevrilirlər. Məsələn, böyüyə sayğı, ailə qurarkən böyüklərin rəyinin nəzərə alınması. Problemlərin ailə böyüklərinin dəstəyi ilə yoluna qoyulması. Bütün bunlar Azərbaycan ailə modelini ayaqda saxlayan cəhətlərdir. Bəziləri hesab edir ki, Azərbaycan ailə modelinə kənar müdaxilələr çoxdur, ailə böyüklərinin rolu həddən artıq şişirdilib və gənc ailələrin həyatına müdaxilə edəcək səviyyədədir. Unutmaq olmaz ki, yaşlı nəslin vəzifəsi həm də birgəyaşayışa yeni başlayan insanlara öz təcrübələri əsasında məsləhətlər verməkdir. Bu institutun işlədiyi ailələrə baxsaq orada boşanmaların sayının daha çağdaş və modern sayılan ailələrdən dəfələrlə az olduğunu, övladların daha sağlam mühitdə böyüdüyünü görəcəyik.” Müzakirələrə qatılan gənclər də ailə dəyərləri, köhnə və yeni ailə modelləri ilə bağlı fikirlərini bölüşüblər. Gənclərin fikrincə ailə modelinin möhkəm olmasını şərtləndirən özəlliklərdən biri də insanlara seçim imkanının verilməsidir. Çıxış edənlər qohum nikahların, ailələr arasında anlaşmaya dayanan evliliklərin cəmiyyətə gətirdikləri ziyandan söz açıblar.

Sonda iştirakçılar  QHT Şuranın  tələbi olan təlim nəticələrinin dinləyici (təlim iştirakçısı) tərəfindən fərdi qiymətləndirilməsinə dair anket sorğusunu doldurdular.

Məqalə Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  maliyyə dəstəyi ilə hazırlanıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR