İnsanlara hürriyət, millətlərə istiqlal!

Millət vəkili tanımadığı qadına təşəkkür etdi – Foto

1065 27.08.2018 16:00 Ölkə A A

Millət vəkili tanımadığı qadına öz təşəkkürünü bildirdi.

Bizimyol.info xəbər verir ki, millət vəkili Aydın Mirzəzadə Zərdab rayonundan olan bir tələbənin təhsilhaqqını ödəyə bilmədiyi üçün kömək istədiyini, sosial şəbəkə vasitəsilə bir qadının həmin tələbəyə kömək olduğunu və o qadının xeyirxahlığı nəticəsində həmin tələbənin universitetdən qeydiyyatdan keçdiyini bildirib. O həmin qadının bu əməlindən məmnunluğunu ifadə edərək sosial şəbəkə hesabından ona öz təşəkkürünü bildirib.

“Bir neçə gün əvvəl sosial şəbəkədə Zərdab rayonundan bir nəfər oğlunun Mingəçevir Dövlət Universitetinə qəbul olunduğunu, ancaq təhsil haqqını ödəmək imkanı olmadığını bildirmişdi.

Jurnalistlər mənə müraciət etdikdə mən onun təhsil haqqının müəyyən bir hissəsini ödəməyə hazır olduğumu bildirdim.

Həmin gün mənə bir qadın sosial şəbəkə vasitəsi ilə müraciət edərək bacısının Bakıda həkim işlədiyini və təhsil haqqının böyük bir hissəsini ödəmək istədiyini bidirdi.

Qadın bacısının sponsorluğu xeyirxahlıqdan etdiyini, ancaq adının çəkilməsinin istəmədiyini də israrla bildirdi.

Bu gün Zərdabdan olan tələbə təhsil haqqını ödəyərək MDU-da qeydiyyatdan keçdi.

Buradan tanımadığım həmin qadına öz təşəkkürümü bildirmək istəytirəm”.

ке.JPG (52 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR