İnsanlara hürriyət, millətlərə istiqlal!

Millət vəkili Qənirə Paşayeva azərbaycanlı girovlarla bağlı təklif verib

1207 28.10.2014 13:32 Ölkə A A
Millət vəkili Qənirə Paşayeva azərbaycanlı girovlarla bağlı Avropa Məhkəməsinə və Avropa Şurası işgəncələr əleyhinə komitəyə müraciət etməyi təklif edib. 

Millət vəkili Qənirə Paşayeva bu gün parlamentin iclasında azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev, onların saxlanılması şəraitini və onlarla bağlı saxta məhkəmənin qurulmasını kəskin tənqid edib, eyni zamanda buna ciddi reaksiya verməyən ATƏT-i, ATƏT-in Minsk qrupunu və Avropa Şurası başqa olmaqla,  bütün beynəlxalq təşkilatları ciddi tənqid edib. 

Millət vəkilinin sözlərinə görə, ATƏT, ATƏT Minsk Qrupu və Avropa Şurası  Ermənistana girovların azad edilməsi və onlara qarşı işgəncələrin son qoyulması istiqamətində heç bir təzyiq göstərmir. Bu məsələ ilə bağlı Avropa Şurası İnsan haqları üzrə komissarının da heç bir addım atmadığını deyərək tənqid edən millət vəkili Qənirə Paşayeva bir sıra təkliflərlə çıxış edib və azərbaycanlı girovların ailələrinə dəstək göstərilməsinin vacibliyini qeyd edib. 

Azərbaycanlı girovlar Şahbaz Quliyevin və Dilqəm Əsgərovun ailələrinin Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməsi üçün gərəkən bütün dəstəyin göstərilməsini təklif  edən millət vəkili Qənirə Paşayeva bu məsələnin ciddi şəkildə Avropa İnsan haqları məhkəməsinə aparmağı təklif edib. 

Girovlara ciddi işgəncələrin verildiyini və bu işgəncələrlə onları Azərbaycan əleyhinə çıxış etməyə vadar etmək istəyən erməni işğalçıları öz arzularına nail ola bilmirlər, amma girovlarımıza işgəncələr verməkdə davam edirlər,- deyən millət vəkili buna görə də mütləq ölkəmizin bununla bağlı Avropa Şurası işgəncələr əleyhinə komitəyə müraciət etməyini təklif edib. 

O, bildirib ki, girovlarımızı azad etmək üçün bütün beynəlxalq mexanizmləri işə salmaq və onların azad olunmasına nail olmaq lazımdır.    

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR