Milli Məclisin iclasında “Yeni Müsavat” qəzetində dərc olunmuş sensasion materialdan da bəhs olundu. Deputat Fazil Mustafa çıxışında bildirdi ki, “Yeni Müsavat” qəzetində dərc olunan yazıda İstanbulda yaşayan azərbaycanlı uşaqların taleyindən bəhs olunur və bu məsələ ciddi narahatlıq doğurur.
“Mehdi ordusu”, “Hüseynçi ordular”, “Hizbullahın tankları”... Artıq Azərbaycana qarşı yetişdirilən Azərbaycan qüvvəsi formalaşıb, bunun qarşısını ala bilmədik. Xarici ölkəyə gedən azərbaycanlıların düşmənə çevrilməsinin qarşısını almalıyıq”,- deyənF.Mustafa İstanbuldakı konsulluğun da fəaliyyətinə tənqidi yanaşdı və məsələyə həssas yanaşmağa çağırdı.
Qeyd: Sözü gedən mövzu ilə bu linkdə tanış ola bilərsiniz: İstanbuldakı azərbaycanlılar məhəlləsi iranlıların nəzarətində - müxbirimizin qeydləri
E.Paşasoy,
Musavat.com






