İnsanlara hürriyət, millətlərə istiqlal!

“Milan” məğlubiyyətdən qaçıb, “İnter” böyük hesabla qalib gəlib

593 02.07.2020 02:56 İdman A A

İtaliya A seriyasında XXIX tur davam edir.

Apasport.az saytının məlumatına görə, tur çərçivəsində 6 matç baş tutub.

“İnter” çempionatın autsayderi “Breşiya”nı 6 cavabsız qolla darmadağın edib. “Bolonya” – “Kalyari” görüşündə qalib müəyyənləşməyib.

“Leççe” hər üç qolun penaltidən vurulduğu matçda “Sampdoriya”ya uduzub. Turnir cədvəlindəki qonşular “Verona” və “Parma”nin duelində 5 qol vurulub. Meydan sahibləri əzmkar qələbə əldə edib.

Son vaxtlar məhsuldar oynayan “Sassuolo” səfərdə “Fiorentina”nı yenib. “Milan” “Spal”la dueldə iki top geri düşsə də, məğlubiyyətdən qaçıb.

Qeyd edək ki, tura iyulun 2-də yekun vurulacaq.

İtaliya A seriyası
XXIX tur
1 iyul
“Bolonya” – “Kalyari” – 1:1
Barrou, 45 – Simeone, 46
“İnter” – “Breşiya” – 6:0
Yanq, 5, Sançes, 20 (pen.), Dambrozio, 45, Qalyardini, 53, Eriksen, 83, Kandreva, 88
“Fiorentina” – “Sassuolo” – 1:3
Kutrone, 90 - Defrel, 24 (pen.), 35, Muldur, 61
“Verona” – “Parma” – 3:2
Di Kamine, 45, Zakkanyi, 54, Pessina, 81 – Kuleşevski, 14, Qaqliolo, 64
“Leççe” – “Sampdoriya” – 1:2
Mankosu, 50 (pen.) – Ramires, 40 (pen.), 75 (pen.)
“Spal” – “Milan” – 2:2
Valotti, 13, Fiokkari, 30 – Leao, 79, Vikari, 90 (avtoqol)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR