İnsanlara hürriyət, millətlərə istiqlal!

Metropolitençilərin Bilgəhdəki sağlamlıq və istirahət yeri... - 50 manata 2 həftəlik tətil

7272 08.06.2015 16:45 Reportaj A A


Bir müddət öncə “Bakı Metropoliteni” QSC-nin yenidən qurulmuş "Bilgəh" sağlamlıq mərkəzinin açılışı olub. Bu münasibətlə iyunun 8-də "Bakı Metropoliteni" QSC-nin Bilgəhdə yerləşən sağlamlıq mərkəzinə media tur təşkil edilib. 40 ildən artıqdır fəaliyyətdə olan müalicə və istirahət mərkəzi bu il tamamilə yenidən qurulub və orada metropolitençilərin rahat istifadəsi üçün əla şərait yaradılıb.

Görülmüş işlərlə yaxından tanış olmaq üçün mətbuat nümayəndələri ilə birgə sağlamlıq mərkəzinə baş çəkdik. Bilgəh qəsəbəsindəki Bakı Metropoliteni sanatoriyası metropolitençilərin sosial-mədəni istirahətinin təmin edilməsi baxımından müəssisədə hər bir şərait yaradılıb.

“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, 40 ildən artıq fəaliyyətdə olan köhnə birmərtəbəli evciklərin ləğv olunması və kottec tipli müasir çoxmərtəbəli evlərə çevrilməsi üzrə işlərin davamı kimi bu dəfə 5 yeni bina inşa olunub: "Onlardan 3-ü dörd (mansard nəzərə alınmaqla), 2-si ikimərtəbəlidir. İstirahət mərkəzində daha 10 ikimərtəbəli və 5 birmərtəbəli evlər var. Yeni binalar sayəsində, ötən illə müqayisədə, əlavə 32 ailə olmaqla, hər biri 4 nəfərdən artıq olmamaq şərti ilə, cəmi 75 ailə bu yay mövsümünün 2 həftəsini burada səmərəli şəkildə keçirə biləcək.


Bütün yeni kotteclər ən müasir məişət, mətbəx və s. avadanlıqlar, mebellərlə təchiz olunub. Digər kotteclər isə vəziyyətinə uyğun olaraq, müvafiq əsaslı və cari təmir olunaraq, lazım olan bütün yeni avadanlıqlarla təchiz edilib. Bu il bütün mənzillər kondisionerləşdirilib və isti su ilə təchiz olunub. İstirahət mərkəzinin qiymətləri də işçilərin maraqları nəzərə alınaraq münasibdir. Burada metropoliten işçisi 50 manat ödəyərək evləri 14 gün müddətinə kirayə edir. Bundan əlavə, 100 manat depozit qoyaraq istirahət müddəti başa çatdıqdan sonra onu geri alır".


N.Paşayevin sözlərinə görə, bir istirahətin müddəti 20 gün olan sanatoriya-profilaktoriya işçilərə pulsuzdur: "Ümumiyyətlə, hər gedişi 90 nəfər olmaqla, dekabr ayına qədər davam edəcək mövsüm boyunca sanatoriyada 850 nəfər dincələ biləcək. Onun müalicəvi xüsusiyyətləri, həmçinin burada sağlamlıq kursu keçənlərin maraqları nəzərə alınaraq, sanatoriyaya 6 yaşdan aşağı uşaqla yollayış almağa icazə verilmir. İstirahət mərkəzinin qiymətləri də işçilərin maraqları nəzərə alınaraq, münasib edilib. Burada metropoliten işçisi 50 manat ödəyərək evləri 14 gün müddətinə kirayə edir. Bundan əlavə, 100 manat depozit qoyaraq, istirahət müddəti başa çatdıqdan sonra onu geri alır. Burada metropoliten işçiləri də qala bilərlər. Amma bu onlara 14 gün üçün 500 manata başa gələcək. Əsas bizim işçilərdir. Onlar zəhmət çəkirlər, dincəlmək də onların haqqıdır".


Tur zamanı öyrəndik ki, sanatoriyada təmir işləri ötən ilin oktyabr ayından başlayıb. Bu qısa müddət ərzində burada böyük işlər görülüb. N.Paşayev deyir ki, qısa müddət ərzində çoxlu işlər görülsə də, hələ tamamlanmayan bəzi xırda məsələlər var: "Bəzi kiçik təmir işləri hələ da davam edir. Əsas işləri görmüşük. Sanatoriya istifadəyə tam hazırdır. Ərazidə yeni iri park salınıb, sensorlu fəvvarə qurulub. Parkda uşaqların rahat dincəlməsi məqsədilə qum sahələri, əyləncə qurğuları qoyulub. Böyüklərin rahat daldalanması və istirahəti üçün köşklər, skamyalar, oturacaqlar quraşdırılıb.

Asudə vaxtın səmərəli və maraqlı təşkili məqsədilə yeni süni örtüklü universal (mini-futbol və voleybol), tennis və şahmat meydançaları da inşa olunub.
İstirahət zonasında çayxana, ərzaq mağazası, maşın dayanacağının da fəaliyyət göstərməsi, burada dincələnlərə əla şərait yaradır. Bütün ərazi mühafizə xidməti tərəfindən mühafizə olunur".


Sanitar-epidemioloji mərkəzlə bağlanmış müqaviləyə əsasən, hər 10 gündən bir ərazidə müvafiq dezinfeksiya tədbirləri görülür. Sanatoriya internet və Wi-Fi ilə təmin edilib.. N.Paşayev bildirdi ki, burada dincələn metropolitençilərin özlərinin çimərliyi də var: "Sabunçu rayonu İcra Hakimiyyətindən götürülmüş mövsümlük çimərlikdə artıq çəpərlənmə işi aparılır. Ərazidə müvafiq abadlıq işləri ilə yanaşı, avadanlıq və ləvazimatlarla təchiz olunacaq, modul tipli məişət, soyunub-geyinmə və s. otaqlar quraşdırılacaq. Mühafizə məntəqəsi təşkil olunaraq, metropolitençilərin rahat istirahətinin təşkili də təmin ediləcək. Hər gün səhər 9:00-dan  axşam 20:00-a qədər burada hər saatbaşı avtobus hərəkət edəcək və sağlamlıq mərkəzinin sakinlərini çimərliyə aparıb geri daşıyacaq". 

Məhəmməd Türkmən
Fotolar müəllifindir 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR