İnsanlara hürriyət, millətlərə istiqlal!

Metro ticarətçiləri BŞİH-lə razılığa gələ bilmədi (Yenilənib, FOTO)

6539 14.03.2014 13:28 Son xəbər A A
Əməkdaşımızın verdiyi xəbərə görə, narazı metro ticarətçiləri ilə BŞİH rəhbərliyi arasınd keçirilən görüş nəticəsiz və uğursuz qalıb. Bu barədə şikayətçilərin nümayəndələri müxbirimizə danışıblar. Onların dediyinə görə, ticarətçilər BŞİH-dən bir il vaxt istəyiblər. Onlar bu tələblərinə əsas olaraq göstəriblər ki, əksəriyyətinin banklara külli miqdarda borcu var və bu borcları bağlamaq üçün uzun müddət işləməlidirlər. Ancaq BŞİH rəhbərliyi bununla razılaşmayıb və ticarətçilərə müxtəlif ticarət mərkəzlərində yerlə təmin olunacaqları barədə vəd verib. Ticarətçilər isə həmin yerlərin ucqar olduğunu, orada işləməklə pul qazana bilməyəcəklərini deyiblər. Görüşdə gərginlik yaranıb və Hacıbala Abutalıbov danışıqları yarımçıq tərk edib. 

Bununla belə, razılıq əldə olunub ki, gələn həftənin birinci günü ticarətçilər və BŞİH rəhbərliyi yenidən görüşsünlər. 


***

Musavat.com-un reportyoru xəbər verir ki, narazı metro ticarətçiləri artıq Bakı Şəhər İcra Hakimiyyətindədirlər. Onları binaya buraxsalar da, görüşdə jurnalistlərin iştirakına imkan verilməyib. 

***

11.03


"Elmlər Akademiyası" metrstansiyasının ətrafı polislər tərəfindən əhatəyə alınıb. Bu barədə musavat.com-un sözügedən məkanda olan əməkdaşı xəbər verib.

Reportyorumuzun verdiyi xəbərə görə, polislərin buraya səfərbər olunmasının səbəbi obyektləri bağlanan metro ticarətçilərinin Meropoliten İdarəsinin binası qarşısında planlaşdırdıqları aksiya ilə bağlıdır.

Dünəndən bəri etiraza qalxan ticarətçilərin bu və ya digər məkanlarda aksiya keçirəcəkləri barədə söz-söhbətlər dolaşır və polis qüvvələri ehtimal olunan aksiya məkanlarının hamısını nəzarətdə saxlayır.

Reportyorumuz bildirir ki, aksiyada saxlanası şəxsləri polis bölmələrinə daşımaq üçün avtobuslar da gətirilib. Ancaq hələ ki, aksiya iştirakçıları görünmür. 

Müxbirimizin verdyi xəbərə görə, etiraz edən ticarətçilər Prezident Administrasiyasına gediblər və hazırda onları nümayəndələri səlahiyyətli şəxslərdən biri ilə görüşdədirlər.

Musavat.com
Fotolar: Məhəmməd Türkmən

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR