İnsanlara hürriyət, millətlərə istiqlal!

Metro niyə açılmır, rayonlara gediş-gəliş bağlana bilərmi? - Elməddin Muradlı CANLI YAYINDA

1059 17.03.2021 13:25 Gündəm A A

Bakı metrosunun bağlı olması paytaxtın ictimai nəqliyyatında ciddi çətinliklər yaradıb. Bir yandan avtobuslarda sıxlıq yaranır, bir tərəfdən şəhərdə tıxaclar müşahidə olunur. Bu da öz növbəsində insanlara narazılığa səbəb olur.

Xeyli vaxtdır ki, Bakı metrosunun fəaliyyətini bərpa etməsi ilə bağlı cəmiyyətdən çağırışlar gəlməkdədir.

Amma Nazirlər Kabineti yanında Operativ Qərargah və TƏBİB metronun yerin altı olması, havasız bir məkan olması ilə izah edərək yeraltı nəqliyyatda yoluxmaların daha çox ola biləcəyini bildirir.

Vətəndaşlar isə təklif edirlər ki, ən azı günün pik saatlarında, yəni heç olmasa səhər işə gedilən və axşam işdən evə dönən vaxtlarda metro açılsın, qalan saatlar bağlanılsın. Eyni zamanda həftəsonu ictimai nəqliyyatın tamamilə işləməməsi Bakıda ciddi problemlər yaradır.

Yollarda tıxaclar yaranır, taksilərə tələbat artır, vətəndaşlar artıq xərc çəkməli olurlar. Bu da narazılığa səbəb olur. Həmçinin son günlər gəzə söz-söhbətlərə görə bayramqabağı sərt karantin tətbiq olunacağı, hətta bayram günlərində ictimai nəqliyyatın xidmət göstərməyəcəyi deyilir.

Bundan əlavə, 9 günlük tətildə rayonlara gediş-gəliş qadağası tətbiq olunacağı gözlənilir. Hələlik bu haqda rəsmi qərarlar olmasa da, martın 16-da virusa yoluxmanın 1000-ə yaxınlaşması bu ehtimalları gücləndirib.

Musavat TV-nin canlı yayımlanan “Həftə içi” proqramında avtosfer.az saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı bu məsələlərdən danışır.

Verilişi aşağıdakı linklər vasitəsilə izləyə bilərsiniz:

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat/

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR