İnsanlara hürriyət, millətlərə istiqlal!

MƏTBUAT ŞURASININ SƏDRİ SENSASİON AÇIQLAMALAR VERDİ

1306 19.02.2010 04:06 Media A A
O, həmin mətbuat orqanları sırasında “Gündəlik Bakı”, “Təzadlar” qəzetlərini və “Mozalan” jurnallarını xüsusi olaraq qeyd edib. Bildirib ki, bu mətbu orqanların hər sayında MŞ-nin İdarə Heyətinin üzvlərinə ləkə atılır, onlar haqqında təhqiramiz materiallar dərc olunur.
Əflatun Amaşov qeyd edib ki, həmin mətbu orqanların bir çoxunun arxasında gizli sponsorlar, hətta dövlət məmurları da var. Mətbuat Şurası reket orqanların arxasında duran sponsorları bu hərəkətlərindən çəkinməyə çağırır. Bildirir ki, bu mətbu orqanlara qarşı mübarizə hüquqi müstəvidə davam edəcək. Bəyanatda ictimaiyyətdən də bu yöndə Mətbuat Şurasına dəstək vermək xahiş olunur.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aydın Quliyev də bundan sonra heç nədən çəkinmədən bu reket orqanların arxasında duran sponsorlara qarşı mübarizəni davam etdirəcəklərini söyləyib.
Ə.Amaşov bəzi dövlət qurumları ilə bəzi “reket” mətbu orqanların birgə, planlaşdırılmış şəkildə hərəkət etməsindən şübhələnir.
Ə.Amaşov hüquq-mühafizə, vergi, maliyyə və digər dövlət qurumlarını “reket nəşr”lərdə dərc olunan məlumatlar əsasında apardıqları yoxlamalara ehtiyatlı yanaşmağa çağırmasını şərh edərkən bu şübhəsini dilə gətirib.
Mətbuat Şurasının sədri bildirib ki, “Azərbaycan”, “Ədalət”, “İki Sahil”, “Bakı-Xəbər” kimi ciddi qəzetlərə çox az sayda şikayət gəlir: “Ancaq ”reket qəzet"lərə gələn şikayətlərin sayı ciddi qəzetlərlə müqayisədə 10 dəfələrlə çoxdur. Digər tərəfdən, ciddi qəzetlərin yazdıqlarına diqqət yetirilmir, ancaq dövlət orqanları “reket qəzet”lərin yazılarına diqqət ayırır, o qəzetlərin yazdıqları əsasında yoxlamalar aparırlar. Bu, bizi narahat edir və bizdə müəyyən şübhələr yaradır".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR