MƏTBUAT ŞURASINDA “YENİ MÜSAVAT”la BAĞLI MƏSƏLƏ MÜZAKİRƏ OLUNUB
Müzakirələrdə “Yeni Müsavat”la bağlı məqamlar da olub. “Sədərək” firmasının məktubunda “Azadlıq” və “Yeni Müsavat” qəzetlərində bu qurum barədə dərc olunan yazılarda əsasən qarşı tərəfin mövqeyinin öyrənilmədiyi göstərilib.
Hər iki qəzetin təmsilçiləri isə məsələ ilə bağlı dəqiqləşdirmələr aparılmasında qarşılaşdıqları çətinliklərdən danışıblar. Onlar şikayətçi tərəfin mövqeyini əks etdirən məktubunun dərcinə hazır olduqlarını bildiriblər. Komissiya həmçinin tövsiyə edib ki, “Sədərək” firması gələcəkdə bu kimi məsələlərlə üzləşməməsi üçün ictimaiyyətlə əlaqələr sahəsindəki işini tələblər səviyyəsində qurmalıdır. Bunun üçün firmanın yaxın zamanlarda KİV təmsilçilərinin iştirakı ilə görüş keçirməsinin və fəaliyyəti barədə ətraflı məlumat verməsinin vacibliyi də vurğulanıb.
İclasda “Azərinteltek” QSC-nin nümayəndəsi təmsil etdiyi qurumun idman mərc oyunlarının rəsmi operatoru kimi akkreditasiya olunduğu deyib. O, “Yeni Müsavat” qəzetinin 5 oktyabr 2011-ci il tarixli sayında qurum barədə gedən “Topaz”ın 188 min manatlıq fırıldağı" sərlövhəli yazıda ifadəsini tapan fikirlərin təkzibi üçün nəşrə QSC adından müraciət göndərildiyini bildirib. Şikayətçi qəzetdə gedən “Topaz”dan təkzib gəldi" (22.10.2011) sərlövhəli yazının QSC-ni qane etmədiyini söyləyib və Mətbuat Şurasından qurumun işgüzar nüfuzuna xələl gətirən belə halın qarşısının alınması üçün tədbir görülməsini xahiş edib.
Komissiya müvafiq materiallarla tanışlıqdan sonra şikayətçini qane edəcək təkzibin verilməsi qənaətinə gəlib. Bildirilib ki, məsələyə bu cür yanaşma tərəflərin məhkəmə ilə üzləşmə perspektivini aradan qaldırır.