İnsanlara hürriyət, millətlərə istiqlal!

MƏTBUAT ŞURASI “YENİ MÜSAVAT”la MÜDAFİƏ NAZİRLİYİNİ BARIŞDIRACAQ?

657 24.09.2011 09:19 Media A A
MŞ sədri ilə söhbətimizdə bu işin perspektivi ilə bağlı danışdıq. Müsahibimiz dedi ki, MŞ-nın məqsədi bu işdə barışıq olmasıdır. Onun fikrincə, hər zaman ortaq məxrəcə gəlmək mümkündür və həll olunmayan problem yoxdur: “Biz artıq Müdafiə Nazirliyinin səlahiyyətli nümayəndələri ilə əlaqə saxlamışıq. Onlar da görüşə razıdılar. İdarə Heyətinin bir neçə üzvünün də iştirakı ilə belə bir görüş keçirməyi nəzərdə tutmuşuq. Məqsəd məhkəməyə qədər problemin həllinə yardımçı olmaqdır”.
Ə.Amaşov dedi ki, iş adamı Anar Məmmədovla “Yeni Müsavat” arasındakı məhkəmə çəkişməsi ilə bağlı danışıqlar da aparılır. Müsahibimiz bildirdi ki, A.Məmmədovun nümayəndələri ilə danışıqlar hələ ki, konkret nəticələnməyib. MŞ sədri hazırda beynəlxalq konfransa hazırlaşdığını, qayıdandan sonra tezliklə hər iki görüşün baş tutmasına çalışacağını dedi: “Məhkəməyə qədər problemin çözülməsini istəyirik”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR