İnsanlara hürriyət, millətlərə istiqlal!

MƏTBUAT ŞURASI RAMİN DEKO İLƏ BAĞLI DİN-ə MÜRACİƏT EDİB

1643 05.04.2011 18:42 Media A A

“Media forum” saytının məlumatına görə, müraciətdə bildirilir ki, Ramin Deko ilə əlaqədar insident son on gündə jurnalistlərlə bağlı qeydə alınan növbəti xoşagəlməz hadisədir: “Bu cür olayların təkrarlanması onda hansısa qüvvələrin maraqlı olduqları ehtimalını artırır və bunun digər jurnalistlərlə də baş verəcəyinə dair narahatlıq yaradır”.

Məktubda Ramil Usubovdan insidentin araşdırılmasını diqqətdə saxlamaq, günahkarların layiqli cəzalarını almalarına kömək göstərmək xahiş olunub.

Aprelin 3-də mülki geyimli naməlum şəxslər Ramin Dekonu avtomobilə oturdub şəhərdən kənara aparıblar, onunla söhbətləşiblər, jurnalistə “ağıllı” olmağı məsləhət görüblər. Aprelin 4-də günortadan sonra “Azadlıq” qəzeti bu haqda ictimaiyyətə məlumat verib, jurnalistin açıqlamasını yayıb. Bir neçə saat sonra redaksiyadan çıxıb evə gedərkən Milli Elmlər Akademiyasının yanında Ramin Deko tanımadığı iki nəfərin hücumuna məruz qalıb. Müxtəlif  dərəcəli bədən xəsarətləri alan müxbir qaçmaqla canını qurtarıb. Ramin Dekonun sözlərinə görə, onu döyənlər müxalifət partiyalarının aksiyalarında iştirak etməməyi və “ağıllı” olmağı məsləhət görüblər: “Köynəyimi cırdılar, sifətimə, böyrəklərimə zərbələr vurdular”.


 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR