Mətbuat Şurası ANS-in saytlara qarşı iddiasını müzakirə edəcək
Mətbuat Şurasının nəzdində yaradılan internet media resursları üzrə komissiyanın rəhbəri Elnur Baimov Modern.az-a açıqlamasında məsələyə şərh vermək istəmədiyini bildirib. Lakin o, qeyd edib ki, bu ayın sonunda Mətbuat Şurasında komissiyanın böyük toplantısı olacaq və orada sözügedən məsələ geniş müzakirə olunacaq.
“Toplantıda adı çəkilən sayt rəhbərləri və digər internet mediaların baş redaktorları bununla bağlı öz mövqelərini bildirəcək və müzakirələr əsasında nəticə olacaq ki, belə hadisələrin təkrarlanmaması üçün nələr edilməlidir”.






