Mətbuat prospektinin bir hissəsi bağlandı
Bakıda Mətbuat prospektinin bir hissəsi bağlanıb. Trend-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, Mətbuat prospektinin Akim Abbasov küçəsi ilə kəsişməsindən Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə kəsişməsinə qədər (Yasamal parkı) olan hissəsində aparılan təmir işləri ilə əlaqədar yol bağlıdır.
Yolun digər hərəkət hissəsində nəqliyyat vasitələrinin iki istiqamətli hərəkəti təmin edilib.






