"Sərhədsiz Reportyorlar" «mətbuat düşmənləri» siyahısını yeniləyib. Siyahı bu il bir qədər də genişlənib və «mətbuat düşmələri»nin sayı 41-ə çatıb.
«Bizim cinayətlərin şahidi olmasın» və «Bizdən başqa heç kəsin səsi eşidilməsin» – Bu, avtoritar rejimlərin və informasiya azadlığına düşmən kəsilən silahlı qrupların əsas şüarıdır.
2012-ci ilin ilk rübü göstərdi ki, Suriya rəhbəri Bəşər Əsəd və Somalinin islamçı döyüşçüləri dünyada mətbuat düşmənlərinin önündə gedir.
Bu siyahıda yer alan Liviyanın və Yəmənin keçmiş başçısıları - Müəmmər Qəzzafi və Əli AbdullaSalehi 2011-ci ildə hakimiyyətdən getsələr də, informasiya düşmənlərinin ümumilikdə sayı azalmayıb.
2012-ci ildə bu zərərli «klub»a yeni üzvlər qoşulub. Nigeriyada terror yayan islamçı qrup Boko Haram, Misirdə Hüsni Mübarəki əvəzləyin Misir Silahlı Qüvvələri Ali Şurası, Somali federal hökumətinin infromasiya naziri, Azərbaycanın Muxtar Respublikası olan Naxçıvanda hakimiyyəti əlində cəmləşdirmiş Vasif Talıbov, Pakistan xüsusi xidmət orqanları, Kim Çen İrin ölümündən sonra hakimiyyəti oğluna ötürülən Koreya prezidenti Kim Çen Un.
Son zamanlar bir ölkədə birdən artıq mətbuat «yırtıcısı» müşahidə olunmaqdadır. Azərbaycanın da adı 6 belə ölkənin arasındadır. Qeyd olunur ki, Azərbaycanda İlham Əliyev qədər gücə malik Naxçıvan rəhbəri Vasif Talıbov da azad söz düşmənidir. Hesabatda yazılır ki, Vasif Talıbov Naxçıvanı repressiya metodlarını sınaqdan keçirən laboratoriyaya çevirib ki, İlham Əliyev də onu sonradan bütün respublikaya tətbiq edir.
Sərhədsiz Reportyorlar 3 May – beynəlxalq mətbuat azadlığı günündən istifadə edərək jurnalistlərə qarşı təzyiqləri dayandırmağa çağırır.
Bir qayda olaraq Azərbaycanın hökumət təmsilçiləri bu cür bəyanatları əsassız adlandırıraraq Bakıya qarşı siyasi təzyiq cəhdi kimi qiymətləndirirlər.






