İnsanlara hürriyət, millətlərə istiqlal!

Mətanətin videosu ortalığı daha da qarışdırdı, Manaf Ağayev videomüraciət yaydı – VİDEO

20402 22.08.2018 16:42 Gündəm A A

Müğənni Mətanət Əsədovanın “video qalmaqalı” səngimək bilmir. Belə ki, mətbuatda müğənni Manaf Ağayevin həmkarının içki məclisindən videonu yayan şəxsi “razborka”ya çağırdığı, onun şəhid anasını diz çökdürdüyü barədə açıqlamaları yayılıb.

Bundan sonra sosial şəbəkələrdə, mətbuatda ciddi tənqidlə üzləşən müğənni videomüraicət yayaraq olanları təkzib edib: “Əziz dostlar, gecənin bu vaxtında əsəbimdən partlayıram. Bəzi saytlar məlumat yayıb ki, guya mən şəhid anasını diz çökdürmüşəm və sairə. Mən o tərbiyənin yiyəsi deyiləm. Doğma əmim oğlunu şəhid vermişəm. Şəhid anasının nə demək olduğunu bilirəm. Şəhid anasının qarşısında diz çökürəm, çökmüşəm də. Hamı məni yaxşı tanıyır. Mən şəhid anası tərəfindən Mətanətin yanına getmişdim. Şəhid anasının oğlu mənim dostumdur. Mətanətə zəng vurub demişəm ki, səndən üzr istəyirlər, şəhid anası səninlə danışmaq istəyir. O deyəndə ki, “şəhid anası kimi səndən üzr istəyirəm”, Mətanət cavab verdi ki, “Ay ana, siz nə danışırsız, mən də sizə qurban olum, Manaf da. Manaf söhbətə gəlibsə, bu məsələ qurtardı”. Ay jurnalistlər, bax belə olub”.



Qeyd edək ki, müğənni Mətanət Əsədovanın məlum videosu mətbuatda, sosial şəbəkələrdə yayıldığı andan ictimai qınağa tuş gəlib. Hətta bəzi həmkarları, o cümlədən aktyor və aparıcı Sərxan Kərəmoğlu müğənnini kəskin tənqid edib. Buna baxmayaraq Mətanət Əsədovanın müdafiəsinə qalxan həmkarları da olub. Onların arasında müğənni Ədalət Şükürov da var.

Ə.Şükürov həmkarının içki məclisindən olan videosunu yayımladığı üçün xəbər saytlarını qınayaraq, onları təhdid edib: “Dünəndən gördüm bu videonu. Ayıb olsun onu çəkib paylaşana və o saytlara ki, bu videonu paylaşıblar. Birincisi, Mətanət içki içmir, ikincisi də söyüş söyüblər, Mətanət də etirazını bildirib və ondan üzr istəyiblər. Niyə reytinq xatirinə bunu saytlar şişirdir? Mən neçə dəfə demişəm bu şərəfsiz, mədəniyyətsiz, əxlaqsız, dövlətini sevməyən sayları bağlamaq lazımdır!”



Bu arada, M.Əsədova dünən telekanallardan birinin efirindən Sərxan Kərəmoğlu haqda təhqir söyləyib. O, aparıcının ünvanına “sən kişi deyilsən” söyləyib. Sərxan da öz növbəsində Mətanətə olduqca ağır cavab verib.

Картинки по запросу sərxan mətanət

Xatırladaq ki, bu günlərdə sosial şəbəkələrdə Mətanət Əsədovanın içki içərkən çəkilmiş videosu yayılıb. Görüntüdə M.Əsədova bir neçə üzü görünməyən kişilərlə bir masada əyləşib. Həmin şəxslər içkinin təsirindən söyüş söyüblər.

Mövzunu davam etdirəcəyik.

Xalidə Gəray,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR