İnsanlara hürriyət, millətlərə istiqlal!

MƏTANƏT İSGƏNDƏRLİNİN QAYINANASI REDAKSİYAMIZA GƏLDİ

5002 04.11.2010 17:54 Mədəniyyət A A

Dünən isə S.Həmidova redaksiyaya gələrək bildirdi ki, onların mövqeyi öyrənilsə də, efirə verilməyib. Bunu isə özünə və ailəsinə qarşı hörmətsizlik hesab edən S.Həmidova ATV rəhbərliyinə ünvanladıqları məktubun qəzetimizdə dərc olunmasını xahiş etdi. Müğənninin keçmiş əri Oruc Həmidov, keçmiş qayınanası Sitarə Həmidova və keçmiş  baldızı Natavan Həmidovanın ATV-nin vitse-prezidenti Həsən Abdullayevə ünvanlanan məktubda yazılır: “Sizin rəhbərlik etdiyiniz televiziya kanalında “Ulduz oldun” proqramında Mətanət İsgəndərli reallıqdan kənar danışmaqla əsl həqiqətləri deyil, özünün uydurma yalanları, qeyri-səmimi davranışı ilə milyonlarla tamaşaçı qarşısında həm özünün iç üzünü açıb göstərdi, həm də bizi televiziya ekranlarına çıxmağa, həqiqəti söyləməyə vadar etdi”. 

“Mətanət kim olduğunu çox yaxşı bilir” deyən məktub müəllifləri bu müraciətlə əsas məqsədlərinin Mətanət haqda fikirləri bildirmək yox, telekanalın bitərəf mövqe nümayiş etdirməsinə irad bildirmək olduğunu qeyd edib: “Mətanətin “Ulduz oldun” verilişində iftira dolu çıxışından və bizim buna etirazımızdan sonra sizin televiziyanın əməkdaşı Vüqar mənim və ailə üzvlərimin mövqeyini öyrənmək məqsədini bildirdi. Biz də buna razılaşdıqdan sonra ailəmizdə 3 saatlıq çəkiliş aparıldı. Lakin veriliş efirə buraxılmadı. Səbəb nədir, bizə aydın deyil. Bəlkə veriliş kiminsə və nəyinsə xatirinə efirə çıxmadı?!

Sizdən xahiş edirik ki, həmin çəkilişin efirə buraxılması üçün tabeçiliyinizdəki əməkdaşlara müvafiq tapşırıqlar verəsiniz. “Ulduz oldun” proqramında çıxış edərək özünü biabır edən Mətanətə isə tövsiyəmiz isə ondan ibarətdir ki, ən azı uşaqlarının xatirinə öz işi ilə məşğul olsun.

Hər iki tərəfin mövqeyini öyrənmədən birtərəfli hazırlanan belə verilişlərə etirazımızı bildirir, insanların ailə həyatı ilə əlaqədar yanlış məlumatların efirə verilməsini bizə təhqir kimi qiymətləndiririk.

Eyni zamanda sizin nəzərinizə çatdırırıq ki, veriliş xatirinə hazırlanan belə proqramlar, ən azı sizin rəhbərlik etdiyiniz kanala hörmət gətirmir”.

Məktuba ATV rəhbərliyinin və konkret olaraq “ATV-Maqazin” verilişinin mövqeyini öyrənmək istədik. Verilişin əməkdaşlarından biri - Günay xanım məsələni araşdıracağını vəd etsə də, sonra bildirdi ki, məktubda deyilənlərə cavab vermək məsuliyyəti yoxdur, rəhbərlikdən isə heç kəsi tapa bilmir.  Odur ki, mövzuya yenidən qayıtmaq mümkündür.

Qeyd edək ki, Sitarə Həmidova keçmiş gəlininin oğlu barəsində içki düşkünü olduğu barədə ittihamına da cavabının dərc olunmasını xahiş etdi: “Biz imanlı, mömin ailəyik. Mən özün müqəddəs yerləri ziyarət etmişəm. Oğlum Oruc da Mətanətin dediyi kimi içki düşkünü deyil, bu ilin sonunda da Məşhəd ziyarətinə gedəcək. Mətanət haqlı olsaydı, mən “Günəbaxan” verilişinə çıxanda, o da çıxıb sözümün qarşılığında nəsə deyərdi, amma verilişdə iştirak edən qohumları da əsl həqiqəti biləndə onu qınadılar”.

İttihamlara Mətanət İsgəndərlinin də mövqeyini öyrənmək istədik, lakin bacısı Təranə xanım bildirdi ki, müğənninin deməyə heç bir sözü yoxdur.

Nərgiz

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR