Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana sosial şəbəkədəki paylaşımı ilə yenidən diqqət çəkib.
Musavat.com bildirir ki, Canana sosial şəbəkədə övladlarının görüntülərini paylaşaraq, bildirib: "Bu görüntüləri dünən icrada veriləcək qərarı və onların kimi seçəcəklərini gözləyərkən çəkdim. Moskvadan qayıdan gündən uşaqları götürdülər, onları itə dişlətdilər. Lakin bunu gizli saxladı. Uşaqlaramı gəzinti, oyuncaqlar ilə mənə qarşı döndərdilər. Arxa-dayağım, hər zaman məni müdafiə edən oğlum Tuncay dedi ki, "Mən onları seçdim, onlar mənə velosiped alacaq, məni Antalyaya aparacaq,mənim öz otaqım olacaq". Bu mənim üçün o qədər ağır zərbə oldu... Yəni bu qədərmi dünya malı dəyərlidir?"
Xatırladaq ki, Canana Əməkdar artist Mətanət İskəndərlinin oğlu Kərim ilə evli olub. Onların evliliyindən 3 övladı var.
Xalidə Gəray
Musavat.com






