"Məşuqəsi olmayan kişi yoxdur, bax, buna görə çoxarvadlılıq yaxşıdır" - Kadırov
Çeçenistan dövlət başçısı Ramzan Kadırov hesab edir ki, Çeçenistan, İnquşetiya və Dağıstan ərazisində çoxarvadlılıq haqda qanun qanun qəbul olunmalıdır.
Avropa.info xəbər verir ki, o, kişinin maddi vəziyyətinin imkan verdiyi təqdirdə bunun mümkün olacağını deyib. Kadırova görə çox arvadlılıq ona görə lazımdır ki, kişinin məşuqələri olmasın.
“Əksəriyyət hesab edir ki, bu dəhşətli şeydir. Mənsə deyirəm, bircə kişi göstərin ki, kənarda məşuqəsi olmasın. Yoxdur belələri. Onların hamısı arvadlarına yalan danışır. Mən isə heç vaxt arvadıma yalan danışa bilmərəm”.
O, qanuna dəyişikliyin Rusiyadakı demoqrafik vəziyyəti həll edə biləcəyini də deyib.






