İnsanlara hürriyət, millətlərə istiqlal!

“Məsuliyyət daşıdığımı bilmirdim” – Narkotik əkib-becərən şəxslər saxlanılıb – VİDEO

1025 10.05.2017 17:03 Ölkə A A

Polisin keçirdiyi əməliyyat nəticəsində Qaxın Almalı kənd sakini Süleyman Süleymanov, Balakənin Mahamalar kənd sakinləri-İsa Muradov və Abdulla Osmanov saxlanılıblar.

ARB Şəki xəbər verir ki, onların Əlibəyli kəndi ərazisində, meşə sahəsində xüsusi qaydada əkdikləri 130 ədəd narkotik tərkibli bitki hesab edilən çətənə kolları aşkar edilərək götürülüb.

Üzərlərinə baxış zamanı İsa Muradovun çantasından 0.92 qram, cibindən isə 7.30 qram qurudulmuş marixuana da aşkarlanıb. Abdulla Osmanovun üzərindən isə beş barmaq götürülüb.

Abdulla Osmanov – Saxlanılan şəxs: “Parkda gəzəndə tapmışdım. Məsuliyyət daşıdığımı bilmirdim”.

Saxlanılanların ilkin ifadələri zamanı bəlli olub ki, çətənə kollarını onlar bir həftə öncə həmin ərazidə əkiblər. Abdulla Osmanov və Süleyman Süleymanov əvvəllər də məhkum olunublar.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR