Messinin vurduğu top azarkeş xanımın üzünə dəydi (VİDEO, FOTO)
İspaniya çempionatı çərçivəsində "Vilyarreal" və "Barselona" arasında keçirilən matç zamanı gözlənilməz hadisə baş verib.
ANS PRESS-in məlumatına görə, "Barselona"nın hücümçusu Lionel Messinin topu rəqib komandanın azarkeşinin üzünə dəyib. Bu haqda "Le Figaro" qəzeti məlumat yayıb.
Matçın 16-cı dəqiqəsində Messi topa güclü zərbə endirib və top meydandan çıxaraq tribunada oturan qızını üzünə dəyib. Zərərçəkmişə tibbi yardım tələb olunub. O öz yerini tərk edəndə hətda ürəyi də gedib. Lakin nəşrin yazdığına görə, azarkeşin səhhətində ciddi problemlər yaranmayıb.
"El-Madriqal" stadionunda baş tutan matç isə 2:2 hesabı ilə bitib. "Barselona"dan qolları İvan Rakitiç və Neymar vurub, meydan sahiblərindən Sedrik Bakambu fərqlənib, "Barselona"nın müdafiəçisi Jeremi Matye isə avtoqolla yadda qalıb.
Martın 17-də Barselona çempionlar liqasının 1/4 finalına çıxıb və burada komanda "Atletiko Madrid" ilə görüşəcək.
29 yaşlı argentinalı futbolçu Lionel Messi İspaniyanın "Barselona" klubunun və Argentina milli futbol komandasının heyətində çıxış edir. Hücumçu və hücumameyilli yarımmüdafiəçi mövqelərində oynayır.






