İnsanlara hürriyət, millətlərə istiqlal!

Messi Honq-Konqda oynamadığı üçün azarkeşlərdən üzr istəyib

292 08.02.2024 11:41 Dünya A A

“İnter Mayami”nin argentinalı futbolçusu Lionel Messi Honq-Konqda yoldaşlıq oyununda iştirak etmədiyi üçün azarkeşlərindən üzr istəyib.

Musavat.com xəbər verir ki, hücumçu bu barədə Weibo sosial şəbəkəsindəki paylaşımında yazıb.

“Təəssüf edirəm ki, şişkinliyə və ağrıya səbəb olan aldığım travma üzündən ötən gün Honq-Konqda oynaya bilmədi. Məni tanıyan hər kəs bilir ki, mən həmişə oynamaq istəyirəm. İstənilən matçda həmişə bunu etmək istəyirəm”, - Messi qeyd edib.

O, geri qayıdaraq Honq-Konq və Çindəki matçı oynaya biləcəyinə ümid etdiyini bildirib.

Messi “İnter Mayami” və Honq-Konq XI komandaları arasında keçirilən yoldaşlıq oyununda meydana çıxmadığı üçün tənqid olunmuşdu. Honq-Konq rəsmiləri hökumətin, eləcə də azarkeşlərin hadisədən məyus olduğunu bildiriblər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR