İnsanlara hürriyət, millətlərə istiqlal!

Messi het-trik etsə...

1714 14.10.2014 20:05 İdman A A
"Barselona" klubunun futbolçusu Lionel Messi daha bir rekordun astanasındadır.

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, argentinalı futbolçu həftəsonu "Eybar"la keçiriləcək oyunda tarixə düşə bilər.

27 yaşlı futbolçu həmin görüdə het-trik edəcəyi təqdirdə İspaniya La Liqa tarixində ən çox qol vuran oyunçu adını qazanacaq. La Liqada keçirdiyi 284 oyunda 249 qol vuran Messi yalnız "Atletik" (Bilbao) klubunun sabiq futbolçusu Telmo Zarradan geri qalır. Zarra 1940-1955-ci illərdə vurduğu 251 qolla La Liqanın ən məhsuldar futbolçuları siyahısına başçılıq edir.

Qeyd edək ki, oktyabrın 18-də keçiriləcək "Barselona" - "Eybar" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xatırladaq ki, Messi "Barselona" forması ilə ilk matçına 16 oktyabr, 2004-cü ildə çıxıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR