Xalq artisti Mənsum İbrahimov “Eyvana çıx” layihəsi çərçivəsində oxuduğu “Qonşu qız” ifasını paylaşıb.
Xatırladaq ki, aprelin 10-da xalq artisti adı çəkilən layihəhyə qoşularaq, yaşadığı mənzilin eyvanına çıxaraq, maraqlı konsert vermişdi.
Xalq artisti, aktrisa Afaq Bəşirqızı isə “Asan radio”ya müsahibə verməsi ilə bağlı foto paylaşıb. Xalq artisti qeyd edib: “Düşünürəm ki, bu haqda son açıqlamam olsun”.

Xatırladaq ki, xalq artistinin bu günlərdə “Azadlıq radiosu”na verdiyi müsahibə səs-küyə, qalmaqala səbəb olmuşdu. Onun “Rayondan gəlib, “padyez”də şikəst uşaq doğanlar dövlətdən indi yardım istəyir” ifadələri sərt tənqid olunmudu.
Aktrisa Musavat.com-a açıqlama verərək bildirmişdi ki, onun müsahibəsi kontektsdən çıxarılıb.
Xalq artisti, aktrisa Məleykə Əsədova isə qızı ilə birgə arxiv fotosunu paylaşaraq qeyd edib: “Gərək yaşadığımız hər dəqiqənin qədrini biək. Bilmirik 2 saniyə sonra nə olacaq. Pis düşüncələrdən, fikirlərdən, çirkinliklərdən uzaq olaraq, hər günümüzə, Allahın verdiyi hər bir günə şükür edərək yaşayaq”.

Xalq artisti, aktrisa Naibə Allahverdiyeva isə yuxusu ilə bağlı paylaşım edib: “Gecə yuxuda gördüm ki, bütün şəhərimiz rəngarəng işıqlara qərq olub, hər yan gül-çiçəyə bürünüb, insanlar təbəssümlə bir-birini salamlayır və geydikləri libaslar da rəngarəngdir. Yuxudan oyandım və düşündüm ki, bizi gözəl sabahlar gözləyir”.

Əməkdar artist Aybəniz Haşımova da illər öncə tələbələri ilə birgə olduğu arxiv fotosunu paylaşaraq qeyd edib: “Fəxrim, fəxarətim, bülbül nəfəsli tələbələrim, musiqimizin nadir inciləri”.

Əməkdar artisti Abbas Bağırov isə toy məclislərin birindən fotosunu paylaşaraq maraqlı qeyd edib: “Allahım tezliklə toy günlərini, xoşbəxt anları gözləyənləri sevindirsin”.

Müğənni Ədalət Şükürov isə zarafatla “Aprelin 19-u karantinin ciyər axşamıdır” qeydini yazıb.
Müğənni Ayan Babakişiyeva doğum günü ilə bağlı fotolarını paylaşıb. Qeyd edək ki, karantin rejimi olduğu üçün müğənni 31 yaşını evdə təkbaşına keçirməli olub.

Müğənni bu barədə qeyd edib: “Bu ad günüm də belə keçdi. Evdə qal dedik, həyatımıza davam etmək üçün. Hələ ki evimizdəyik. Evdə belə olsaq, dostlarımız bizi tək hiss etdirmədi”.
Xatırladaq ki, müğənni ötən il 30 illik yubileyini təmtəraqla qeyd etmişdi. Rəqqasə Oksona Rəsulova tələbələri ilə birgə hidn rəqsi oynayaraq, paylaşıb.

Sənətçi Pərvin Abıyeva isə yarıçılpaq fotosunu paylaşaraq müzakirəyə səbəb olan qeyd edib: “Məni sevmirsənsə, əl çək. Nə müqəddəs, nə doğru, nə də rahat olmaq istəmirəm. Xoşbəxt olmaq istəyirəm”.

Qeyd edək ki, sənətçi keçmiş polis leytinantı Murad Abdullayevlə sevgili idi. Aktrisa bir müddət əvvəl sevgilisindən ayrıldığını açıqlayıb.
Xalidə,
Musavat.com






