İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhurların birinci sinfə gedən övladları – Fotolar

2084 16.09.2019 15:06 Gündəm A A

Bu gün yeni dərs ilinin ilk günüdür. 

Musavat.com xəbər verir ki, 2019-2020-ci tədris ilinin əvvəlinə olan proqnoz göstəricilərinə əsasən, yeni tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 525 016 şagird təhsil alacaq.

Onların 714 259-u qız, 810 757-si isə oğlandır. Ümumtəhsil məktəblərinin I sinfində 164 234, IX sinfində 122 043, XI sinfində isə 82 782 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

Birinci sinfə yollananlar arasında məşhurların övladları da var. Tanınmışlar məktəbə gedən övladları ilə fotolarını sosial şəbəkədə paylaşıblar. 

Aparıcı Günay və Zaur Baxşəliyevlərin qızı Dilavər bu il birinci sinfə yollanıb. Onlar hisslərini sosial şəbəkədə bölüşüb: "Yolların hər zaman açıq olsun. İlk dərs ilin, dərs günün mübarək olsun" sözlərini yazıb.

Müğənni-bəstəkar Hacı Nazim Məmmədov övladını ilk dəfə məktəbə aparan tanınmışlardan biridir.

“Ağıllı qızım bu gündən 11 illik bir həyat məktəbinə qədəm qoyur. İnanıram və ümid edirəm ki, Fatimə Azərbaycanımız üçün dəyərli insanlardan olacaq”-, deyə ifaçı bildirib. 

Aktrisa Aysel nazim övladı Hakan Efe Canın videosunu paylaşaraq, ona yeni dərs ilində uğurlar arzulayıb. 

Aktrisa-model Nərgiz Əliyeva isə sosial şəbəkədə qızı Jasminlə şəklini yayaraq övladının artıq 4-cü sinfə getdiyini bildirib. 

Rəqqasə Rəna Ağamuradova da (Renka) sosial şəbəkədə övladları ilə foto paylaşaraq təəssüratlarını bölüşüb: “Dərs ili başladı, elə bil dünən uşaqları birinci sinifə aparmışıq. Vaxt uçur, bir də ayılacağıq ki, uşaqlar universitetə qəbul olublar. Birinci sinfə gedəndə Murad əlimi buraxmırdı. İndi 7-də oxuyur, özünü böyük hiss edir. Məktəbə tək getmək istəyir. Amma mən öyrəşmişəm, elə bilirəm hələ də uşaqdır və həmişə belə olacaq. Uşaqlar niyə belə tez böyüyür?”

Könül,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR