İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhurlardan Prezidentə doğum günü təbrikləri - FOTOLAR

1635 24.12.2023 08:45 Gündəm A A

Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür. Bu münasibətlə məşhurlar da sosial şəbəkə üzərindən Prezidenti təbrik edib, xoş arzularını bildiriblər.

Musavat.com onlardan bir neçəsini təqdim edir:

Xalq artisti, aktrisa Firəngiz Mütəllimova: "Doğum gününüz mübarək, əziz Prezident! Sizə sağlam həyat, uzun, bərəkətli ömür arzu edirəm. Allah Sizi və ailənizi qorusun. Atacağınız hər addım sizə uğur gətirsin! Sizinlə qürur duyuram. Bizə şanlı tarixi canlı yaşatdınız. İnşallah, fevralın 7-də Sizə səs verəcəm".

Xalq artisti, aktrisa Həmidə Ömərova: "Müzəffər Ali Baş Komandan, doğum gününüz mübarək!"

Xalq artisti, xanəndə Könül Xasıyeva: "Tanrı Sizi qorusun!"

Xalq artisti, xanəndə Mənsum İbrahimov: "Cənab Prezident, doğum gününüz mübarək!"

Xalq artisti, tarzən Möhlət Müslümov: "Doğum gününüz mübarək, cənab Prezident!"

Xalq artisti, qarmon ifaçısı Ənvər Sadıqov: "Ad gününüz mübarək, cənab Prezident!"

Xalq artisti, müğənni Röya Ayxan: "Bir qarabağlı qızı, vətəndaş, Röya, Xalq artisti kimi Sizi sevirəm! Ömürlük prezidentim, doğum gününüz mübarək!"

Əməkdar artist, müğənni Elza Seyidcahan: "Doğum gününüz mübarək, cənab Prezident! Sizə möhkəm can sağlığı, sevinc və nur, uğur və qələbələrlə dolu uzun ömür arzulayıram! Tanrı Sizə güc və səbr versin. Biz Sizi çox sevir və sizinlə fəxr edirik!"

Əməkdar artist, müğənni Aybəniz Haşımova: "Əziz Prezidentimiz! Doğum gününüzü təbrik edir, Sizə can sağlığı, uzun ömür arzu edirik! Sizinlə fəxr edir, qürur duyuruq!"

Əməkdar artist Ədalət Şükürov: "Doğum gününüz mübarək, cənab Prezident!"

Xalidə Gəray,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR