İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhurlar sosial şəbəkələrdə: “Başımı ağrıdır”

1771 12.11.2017 21:44 Şou-biznes A A

Sosial şəbəkələr günümüzün ayrılmaz hissəsinə çevrilib. İstər ünsiyyət qurmaq, istər məlumat almaq, istərsə də, boş zamanımızı keçirmək üçün bu vasitədən istifadə edirik. Sosial şəbəkələr həm də gəlir mənbəyidir. Minlərlə izləyicisi olan insanlar şirkət və firmaların, mağazaların məhsullarını reklam edərək böyük məbləğdə gəlir əldə edirlər. “Facebook”, “İnstagram” əsasən də məşhurların sevimli məkanına çevrilib. Onlar buradan pul qazanmaqla yanaşı öz yaradıcılıq yeniliklərini, fikirlərini bölüşürləe. Bəs onlar sosial şəbəkələrdə nə qədər zaman keçirirlər?

cemile-taghizade-ska-ismayilov-cemile-tagizade-milli-model.jpg (98 KB)

Musavat.com şou-biznesin tanınmış simaları arasında sorğu keçirib. Ailə həyatı qurub, Türkiyəyə köçən aktrisa Cəmilə Tağızadə artıq burada az zaman keçirdiyini bildirib: “Sosial şəbəkələrin əvvəl daha aktiv istifadəçisi idim. Çünki subay idim, boş vaxtımı necə keçirəcəyimi bilmirdim. Artıq ailə həyatı qurmuşam və zamanım azalıb. Sosial şəbəkələrdən məlumat almaq üçün istifadə edirəm. Əsasən xəbərləri oxuyuram. Ölkədən kənardayam deyə, Azərbaycanda baş verənlər mənim üçün daha maraqlıdır. Günümün demək olar ki, 1 saatını sosial şəbəkələrə həsr edirəm. Vaxtım yoxdur. Vaxtımı səmərəli keçirmək üçün kitab oxuyuram və film izləyirəm. Vaxtımı həyat yoldaşıma həsr edirəm. Telefondan çox istifadə edəndə başım ağrıyır”.

Elcan-Resulov-720x400.jpg (32 KB)

Aktyor Elcan Rəsulov isə 4 saat sosial şəbəkədə zaman keçirir: “ Günün 24 saatdan ibarət olduğunu nəzərə alsaq, 4 saat sosial şəbəkədə zaman keçirirəm. Əsasən öz işlərimlə bağlı məlumatlar və reklam xarakterli informasiyalar paylaşıram. Maraqlı xəbərlər və kampaniyalar diqqətimi çəkir. Onlarla da maraqlanıram. Sosial şəbəkədən çox şey öyrənirəm, tez informasiya alıram. Dostluğumda doğru informasiya ötürən insanları saxlayıram. Bu da mənim üçün faydalı olur”.

1455271695_12713965_733851460084823_2035692378_n.jpg (46 KB)

Bəstəkar Sevinc Tofiqqızı sosial şəbəkələrdə az zaman keçirdiyini deyib: “İnternet asılığım yoxdur. Sosial şəbəkələrdən iş üçün istifadə edirəm. Yeni mahnılarımı, kliplərimi bölüşürəm. Yeni işlərimlə bağlı məlumatlar ötürürəm. Tamaşaçılarımla danışıram. Onların xoş sözləri mənə stimul verir. Amma saatlarla sosial şəbəkədən istifadə etmirəm. Yalnız boş vaxtım olanda göz gəzdirirəm. Həm də dostluğumda jurnalistlər var. Bir neçə də xəbər portalının səhifəsini bəyənmişəm. Onlar vasitəsilə ölkədə və dünyada baş verənləri öyrənirəm”.

Könül
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR