İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur türk serialında Naxçıvanla bağlı detal qalmaqal yaratdı

2386 21.09.2022 14:31 Şou-biznes A A

Ötən gün yayımlanan “Ben bu cihana sığmazam” serialında Azərbaycanla bağlı daha bir məqam xüsusi diqqət çəkib.

Musavat.com-un xəbərinə görə, adı çəkilən serialın “Beyler toplantısı” adlanan hissəsində masada Azərbaycan bayrağı ilə yanaşı, 1991-1993-cü illərdə qeyri-rəsmi Naxçıvan bayrağı hesab olunan bayraq da yer alıb.

Sosial şəbəkələrdə bu məsələ ciddi müzakirə yaradıb. Əksəriyyət həmin bayrağın masada hansı səbəbdən yer alması ilə bağlı suallar ünvanlayıb.

Xatırladaq ki, hələ ilk bölümü ilə həm Türkiyədə, həm də Azərbaycanda böyük maraq doğuran “Ben bu cihana sığmazam” serialında baş rolları Oktay Kaynarca, Ebru Özkan, Pelin Akil, Hakan Karahan, Işıl Yücesoy oynayır. Serialın rejissoru Onur Tan, ssenari müəllifləri Yusuf Reha Alp, Mahinur Ergün və Ali Can Yaraşdır.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR