Məşhur turizm adasında bina çökdü: ölənlər və dağıntılar altında qalanlar var (VİDEO, FOTO)
Tenerife adasında tanınmış “Hide Away Pub” pabının yaxınlığında bina çöküb. Musavat.com xəbər verir ki, məlumatı “The Sun” yayıb. Hadisə nəticəsində iki nəfər ölüb.
Məlumata görə, pab britaniyalı turistlər arasında çox məşhurdur.
Hadisə yerində “Qırmız xaç” təmsilçiləri, polis əməkdaşları və həkimlər işləyir.
İlkin məlumata görə, dağıntılar altında 15 nəfər qalıb.
Şahidlər bildiriblər ki, bina çökməzdən əvvəl partlayış səsi eşidilib. Hadisəyə qaz sızmasının səbəb olduğu ehtimal edilir.
Musavat.com






