"Taliban"ın Əfqanıstanın paytaxtı Kabilə daxil olmasından sonra minlərlə insan şəhəri tərk etməyə başlayıb. Onların arasında Əfqanıstanın məşhur rejissoru və ssenaristi Sahra Karimi də var.
Musavat.com xarici KİV-lərə istinadən bildirir ki, Sahra Karimi Kabildən qaçmağını videogörüntüyə alaraq, baş verənlərə bu cür şərh bildirib:
""Taliban" şəhərə girdi, biz qaçırıq. Hamı qorxur. Bu qorxu filmindən bir hissə deyil, Kabil reallığıdır".
Sahra Karimi dünyanın bu olaya sadəcə seyirci qalmasından da söz açıb:
"Keçən ay bu şəhərdə bir film festivalı keçirdik. İndi hamı burdan qaçır. Bunları görmək bizi incidir. Dünya isə bütün bunların seyrçisi olaraq qalır".
Xalidə Gəray
Musavat.com






