İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur müğənni qalmaqallı “çılpaq gecə”dən sonra ilk dəfə ictimaiyyət qarşısında -VİDEO

1262 14.03.2024 09:51 Gündəm A A

Məşhur rusiyalı müğənni Lolita Milyavskaya bloqer Anastasiya İvleyevanın qalmaqallı “çılpaq gecə”sindən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

Bu barədə “The Voice” “Telegram” kanalında paylaşım edilib.

60 yaşlı Lolita Milyavskaya “MUZ-TV Awards 2024”ün mətbuat üçün təşkil etdiyi səhər yeməyinin qonağı olub. Aktrisa çiyinləri açıq qara sviter, qızılı sırğalar və görmə üçün olan qara-qırmızı çərçivəli eynəkdə olub. Müğənni sosial tədbirə yeni saç düzümü ilə qatılıb.

Xatırladaq ki, Anastasiya İvleyevanın qalmaqallı ziyafət tədbiri 20 dekabr 2023-cü ildə “Mutabor” klubunda baş tutub. Qonaqlar arasında Kseniya Sobçak, Lolita Milyavskaya, Olqa Orlova, Filipp Kirkorov, Ciqan və Oksana Samoylova, Dima Bilan kimi ulduzlar da olublar. İctimai qınağa tuş gələn bloqerin özü və digər sənətçilər açıq-saçıq məclisdə iştirak etdiklərinə görə üzr istəyiblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR