İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur kriminal avtoritet həbsxanada öldü

1363 27.06.2024 19:39 Kriminal A A

Məşhur kriminal avtoritetlərdən biri, Qrişa Taqanski kimi tanınan Qriqori Rabinoviç çərşənbə günü gecə “Matrosskaya Tişina” istintaq təcridxanasında dünyasını dəyişib. 

67 yaşlı məhbus barəsində elan ediləcək hökmü eşitmədən dünyadan köçüb. Çünki Moskva şəhər Məhkəməsində "Taqanskaya" cinayətkar qruplaşması üzvlərinin məhkəməsi aylarla davam edir.

Məlumata görə, Rabinoviçin ölümü bu yaxınlarda təmirin aparıldığı 502-ci kamerada baş verib. Gecə yarısına az qalmış məhbusun halı pisləşib, istintaq təcridxanasının əməkdaşları həkimləri çağırsalar da, yaşlı xəstəyə kömək edə bilməyiblər.

Ölümün ilkin səbəbi ürək çatışmazlığı olub. Rabinoviçin bundan əvvəl də ürəyindən şikayət etdiyi bildirilir. Keçən ilin martında o, stenokardiya tutması keçirib və o, birbaşa istintaq təcridxanasından xəstəxanaya yerləşdirilib.

Qrişa Taqanski lideri Jirnıy ləqəbli İqor Jirnokleev olan böyük cinayətkar qrupun yaradıcılarından biri hesab olunur. Müstəntiqlərin fikrincə, dəstə bir çox səs-küylü qətllərə görə məsuliyyət daşıyır. O cümlədən, mafiozlara qarşı “Rospişeprom” ASC-nin baş direktoru Valeri Juravlev,  “Moskva” univermağının hüquqşünası Andrey Bralyuk və vəkil Natalya Vavilinanın qətlində ittiham olunur.

Bu qətllər böyük səs-küyə səbəb olub: univermaq işçiləri hətta o vaxtkı baş nazir Dmitri Medvedevə kollektiv məktub yazaraq ondan cinayətin açılmasına kömək etməsini xahiş ediblər.

Digər məlumata görə, o, qrupun digər üzvləri ilə birlikdə kriminal bos Ded Xasanın qətlində, iş adamı Aleksey Pokrovskinin oğurlanmasında və qətlində iştirakda da ittiham olunurdu.//Lent.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR