İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur infeksionistin həyatı təhlükədə- həmkarları kömək istəyir

1528 01.10.2021 23:58 Ölkə A A

"Daha bir həkimimizi itirməyək"

Tanınmış infeksionist, Azərbaycan Tibb Universitetinin dosenti İlham Bayramovun vəziyyəti ağırdır.

İnfeksionistin həmkarları Musavat.com-a bildiriblər ki, İ.Bayramov hazırda koronavirusla mübarizə aparır: " Təəssüf ki, analizlərin nəticələri olduqca pisdir. Ciyərində 90 faiz buzlu şüşə aşkarlanıb. Həkim hazırda süni tənəffüs aparatına qoşulub".

İlham Bayramov - İnfeksionist / İnfeksionistlər / Həkimlər / Fərdi şəxslər  / Xidmətlər - Alsat.az - Onlayn Mağaza

Həkimlər onu da deyiblər ki, İ.Bayramov təcili ECMO cihazına qoşulmalıdır: "Həkimimizə sahib çıxaq, daha bir həkimimizi itirməyək" , deyə həmkarları kömək istəyiblər.

Qeyd edək ki, İlham Bayramovun müalicəsi hazırda Zığ qəsəbəsindəki modul tipli xəstəxanada aparılır.

 

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR