İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur futbol agentinin ölüm xəbəri təsdiqlənib

824 30.04.2022 22:10 İdman A A

Bir sıra tanınmış futbolçuların agenti olan Mino Rayolanın ölüm xəbəri təsdiqini tapıb.

"Report"un məlumatına görə, bu barədə onun ailə üzvləri sosial şəbəkələrdə paylaşım ediblər.

Rayolanın 54 yaşında müalicə aldığı xəstəxanada vəfat etdiyi bildirilib.

Rayola yanvarda İtaliyanın Milan şəhərində ağır əməliyyat keçirib. Həmin vaxt italiyalı agentin səhhətinin həyatı üçün təhlükəli olmadığı və bərpa prosesini evində keçirəcəyi açıqlanıb.

Qeyd edək ki, Mino Rayola İngiltərənin "Mançester Yunayted"ində çıxış edən Pol Poqba və Almaniyanın "Borussiya" (Dortmund) klubunun hücumçusu Erlinq Holannın agenti idi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR