İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur fotoqraf Bülbüldən yazdı: “Əslən şuşalı olsa da səsi dünyaya məxsus idi” Fotolar

632 24.01.2021 21:50 Son xəbər A A

Məşhur fotoqraf Reza Deqati sosial şəbəkədə bu dəfə Azərbaycanın görkəmli sənətkarı Bülbüldən yazıb.

Musavat.com bildirir ki, fotoqraf ustad xanəndənin evinin görüntülərini əks etdirən şəkilləri izləyici ilə bölüşərək, qeyd edib:

“Şuşa, Qarabağ, Azərbaycan. Bülbülü kim susdurmaq istəyirdi? Xahiş edirik, bizə bir az məlumat verin görək, Bülbül kim idi? Onun evi və heykəli niyə darmadağın edilmişdi?

Bülbülün adı kimi səsi var idi. O, Azərbaycanın ən sevilən və dinlənilən müğənnilərindən biri idi. Əslən şuşalı olsa da səsi dünyaya məxsus idi.

1992-ci ildə şəhərin işğalından bir neçə həftə öncə onun evini ziyarət etmişdim. Bu, muzey idi və Bülbülün bütün şəxsi əşyaları əla vəziyyətdə saxlanılmışdı. 2020-ci ildə Azərbaycan Şuşanı işğaldan azad etdikdən sonra bura geri gəldiyimdə gördüklərim bu fotolardadır”.

Xatırladaq ki, Şuşada Bülbülün ev muzeyi iki otaqdan ibarət olub. Muzeydə xanəndənin yaradıcılıq, elmi-tədqiqat, pedoqoji, ictimai fəaliyyətini əks etdirən 9 minə yaxın sənəd toplanmışdı. Lakin Şuşa işğalda olarkən ermənilər muzeyin 10 mindən artıq eksponatı məhv edib və talan ediblər. Talan olunan muzey əşyalarını ermənilər dünya ictimaiyyətinə erməni maddi-mədəniyyət nümunələri kimi təqdim edirlər.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR