İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur aktyor: “Arvadımı qısqanmıram, filmlərinə baxmıram” - FOTOLAR

3132 23.11.2016 19:19 Şou-biznes A A
Türkiyənin tanınmış aktyoru Sarp Leventoğlu baş rolunu həyat yoldaşı Birce Akalay ilə canlandırdığı “Deliormanlı” filminin nümayişi üçün Bakıya gəlib. 

Musavat.com xəbər verir ki, Nizami Kino Mərkəzində keçirilən Türk Film Həftəsinə qatılan aktyor jurnalistlərin suallarına cavab verib. 

Aktyor söhbətə Bakıda nümayiş olunacaq filmindən başlayıb: “Filmin qalası Türkiyədə çoxdan keçirilib. Nümayiş qarışıq zamana düşdü, istədiyimiz kimi hər şeyi alındıra bilmədik. Filmin Bakıda da sevildiyini bilirik. Ona görə də festival çərçivəsində Bakıya gəlib, filmə azərbaycanlı tamaşaçılarla birlikdə baxmağa qərar verdik. Film keçmiş boksçunun həyatından bəhs edir. Qəhrəman bir müddət boksdan uzaq olsa da, intiqam almaq üçün yenidən rinqə dönməyə qərar verir. Hadisələr də bundan sonra başlayır”.

- Yaradıcılığınızda hansı yeniliklər olacaq?

- Yeni filmin çəkilişlərini tamamlamışıq, nə zaman nümayiş olunacağını bilmirəm. Fahriye Evcen və Engin Akyüreklə birlikdə rol alacağım serialın çəkilişləri başlayacaq. Serial haqsız yerə həbs olunmuş insanın intiqam hekayəsindən bəhs edir. Mən orada mənfi obrazı canlandıracağam. Əslində, mənfi demək istəməzdim, sadəcə, həyat insanları bəzən səhvlər etməyə məcbur edir. Uğura gedən yolda hər şey savabdır. Ilk dəfə sərt bir obrazı canlandıracağam. 

- Sözügedən serial üçün Serenay Sarıkayaya müraciət edildiyi barədə xəbərlər nə dərəcədə doğrudur?

- Doğrusu, bu xəbərlərdən məlumatsızam. Maqazin gündəmini izləmirəm, televiziyaya baxmıram. 

- Gerçək həyatda, yoxsa filmdə rol oynamaq asandır?

- Filmdə rol oynamaq asandır. Həyatda olduğum kimiyəm, heç vaxt rol oynamamışam. Olduğum kimi görünməkdən xoşbəxtəm. 

- Son zamanlar çəkilən Türk filmləri çox romantikdir, gerçəklikdən uzaqdır. Bu filmlərin gənclərə mənfi təsir etdiyini düşünmürsünüz?

- Mən seriallardan heç nə öyrənməmişəm. Sosial şəbəkələrdən, filmlərdən nə isə öyrənmək olmur. Məlumat əldə etmək istəyənlər kitab oxusunlar, insanlarla danışsınlar. Həyat  gözəl xarakterlərlə doludur. Kiminsə sevgi hekayəsinə qibtə etmək doğru deyil. Bundan əlavə, RTÜK bir çox mövzulara qadağa qoyub. Ona görə də mövzu qıtlığı yaşayırıq. 

- Azərbaycanda hər hansı layihədə yer almaq istəyirsiniz?

- Gözəl layihə olsa, rol almaq istəyərəm. Hətta, Türkiyədə reallaşdırdığımız layihənin bir hissəsini burada çəkmək maraqlı olar. 

- Bir az da şəxsi həyatınızdan danışaq. Həyat yoldaşınız Birce Akalay da aktrisadır. “Küçük ağa” serialında, “Deliormanlı” filmində birlikdə rol aldınız. Yenidən eyni ekran işində rol almaq istərdiniz?

- Hər zaman bir-birimizə dəstək oluruq. Əlbəttə, Birce ilə birlikdə rol almaq istəyirəm. İşbirliyimiz uğurlu alınır, çəkiliş meydançasında rahat oluruq.

- Bəs, münasibətlərinizdə qısqanclıq da olurmu?

- Hər ikimiz işimizlə məşğuluq, bir-birimizi qısqanmırıq. Bir-birimizin işinə hörmət edirik. Heç Bircenin rol aldığı ekran işlərini də izləmirəm. Boş vaxtım olmur.

- Həyat yoldaşınızdan ayrıldığınız barədə Türkiyə mətbuatında xəbərlər yayılmışdı...

- Biz bu cür xəbərlərə gülürük. Ayrılmamışıq. 

- Boş vaxtınızın olmadığını dediniz. İş yorğunluğunu üzərinizdən necə atırsınız?

- Daim idmanla məşğul oluram. Bu, mənə yaxşı təsir edir.

Könül İbrahim,
Musavat.com,
Fotolar müəllifindir. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR