İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur aktrisaya atəş açılıb

732 17.11.2022 16:32 Hadisə A A

"Ulduz desantı" filmin aktrisası və ulduzu Deniz Riçards yolda atəşə tutulub.

Musavat.com bildirir ki, bu barədə TMZ məlumat yayıb.

Hadisə noyabrın 14-də baş verib. Aktrisa və həyat yoldaşı Aaron Faypers avtomobilləri ilə studiyaya gediblər. Cütlüyün arxasınca gedən sürücülərdən biri aktrisanın ərinin uzun müddət maşın saxlamaq üçün yer axtarmasını bəyənməyib. Daha sonra Faypers arxasınca gedən adama onu keçməyə icazə verib və üzr istəyib, lakin sürücü aktrisa və ərinə qışqırmağa başlayıb, bundan sonra o, onların avtomobilinə atəş açıb. Cütlük xəsarət almayıb.

Riçards studiyaya gələndə o, "əsəbi və hönkür-hönkür ağlayırdı". Onun həmkarları 911-ə zəng edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR