Aktrisa Nurgül Yeşilçay həmkarı, aktyor Erkan Petekkaya sərt tənqid edib.
Musavat.com xəbər verir ki, aktyor sözlərinin özünə aid olduğu “Oy korona” mahnısını rol aldığı serialın çəkiliş heyəti ilə səsləndirib. Aktyorun bu addımı birmənalı qarşılanmayıb.
Petekkayaya sərt reaksiya göstərənlər arasında aktrisa Nurgül Yeşilçay da yer alıb: “Narkotk zərərlidir. Spirtli içki zərərlidir. Axmaqlıq zərərlidir. Birini adam bilmək daha da zərərlidir”.
Qeyd edək ki, "Paramparça" serialında baş rolları Erkan Pettekaya və Nurgül Yeşilçay canlandırıb. Onlar daha sonra məhkəməlik olub.
Belə ki, Erkan Nurgülün telefon mesajları ilə onu təhqir etdiyini deyərək aktrisanı məhkəməyə vermişdi. Nurgül isə həmin mesajların təhqir olmadığını iddia etmişdi.
Könül
Musavat.com






