İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur aktrisadan ETİRAF: "Bədənim dözülməz ağrılar içərisindədir" - FOTO

981 05.02.2024 12:01 Şou-biznes A A

"Hər zaman ağrılarım var... Bunu mənim kimi daimi ağrıları olan insanlar üçün deyirəm. Yaşlanmaq hamımız üçün ağrılı bir təcrübədir".

Musavat.com xəbər verir ki, bu sözləri məşhur Hollivud ulduzu Salma Bleyr deyib.

51 yaşlı aktrisa dağınıq skleroz xəstəliyindən əziyyət çəkir. Üstəlik, bu, Bleyerin yeganə xəstəliyi deyil. Qəti müalicəsi olmayan və insanın gündəlik həyatının hər sahəsinə təsir edən bu xəstəliyə əlavə olaraq, Bleyer "Ehlers-Danlos" sindromu adlı başqa bir xəstəliklə də mübarizə aparır.

Selma Bleyr etiraf edib ki, dəbdəbəli evinin otaqları arasında belə gəzməkdə çətinlik çəkir. Çünki demək olar ki, həmişə onun bütün bədəni dözülməz ağrılar içərisindədir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR