İnsanlara hürriyət, millətlərə istiqlal!

Meşədə xəzinə axtarmaq dülgərə baha başa gəldi – Fotolar

1031 01.10.2018 11:16 Dünya A A

Ankarada 45 yaşlı Murat Yıldız adlı şəxsin iş yoldaşları ilə 8 gün öncə xəzinə axtarışına çıxması ona baha başa gəlib.

Oxu.Az xəbər verir ki, evli və üç uşaq atası olan dülgər 23 sentyabr tarixində Dərəli adlanan kəndə gəlib. İş yoldaşları ilə meşədə xəzinə axtarışına çıxan Murat onlardan uzaqlaşıb. Telefonu avtomobilində qaldığına görə onunla əlaqə saxlamaq mümkün olmayıb.

 

Muratın itdiyini görən iş yoldaşları polisə xəbər verib. Səkkiz günlük axtarışdan sonra onun cəsədi qayalıqlardan tapılıb.

Polis bildirib ki, o, qayalıqlardan aşağı düşərək həyatını itirib.

 

Qeyd edək ki, məsələ ilə bağlı Muratın qayını və iş yoldaşları şübhəli qismində dindirilib. Nəticə isə ekspertizanın rəyindən sonra bilinəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR