ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları səbəbindən fövqəladə vəziyyət elan edilib.
APA “TASS” agentliyinə istinadən xəbər verir ki, qubernator Qevin Nyusomun müvafiq açıqlaması bazar günü öz saytında yayımlanıb.
“Bu gün qubernator Qevin Nyusom görünməmiş güclü küləklərin təsiriylə meşə yanğınları və bunun da nəticəsində insanların təxliyyəsi ilə əlaqədar bütün ştat daxilində fövqəladə vəziyyət elan edib. Biz bütün mövcud vasitələrdən istifadə edirik və bu yanğınlarla mübarizəni davam etdirmək üçün bir sıra qurumlarla əlaqə yaradırıq”, - deyə məlumatda vurğulanıb.
Məlumata görə, yanğına təhlükəli olan ərazilərdən təxminən 200 min insanın təxliyyə edilməsi haqqında əmr verilib. Qubernatorun saytındakı məlumatda qeyd edilir ki, yüzlərlə binanı yanğın təhlükəsi gözləyir.






