İnsanlara hürriyət, millətlərə istiqlal!

Mərkəzi Asiyada AES tikintisi uğrunda mübarizə qızışır

814 02.12.2023 19:13 Region A A

Rusiyanın “Rosatom” şirkəti Qazaxıstana 2 atom elektrik stansiyasının tikintisini təklif edib.

Musavat.com xəbər verir ki, bu barədə “Rosatom”un törəməsi olan “Rosatom Central Asia” MMC-nin baş direktoru Sergey Qromov deyib.

Onun sözlərinə görə, bu 2 AES Qazaxıstanın enerji tələbatının 20 faizini ödəmək gücündə olacaq.

Qromov qeyd edib ki, ən müasir - üçüncü nəslə (3+) aid olan aqreqatların ümumi gücü 2,4 min MVt təşkil edəcək.

Qeyd edək ki, Qazaxıstan və Özbəkistanda AES tikintisinə Fransa da çox ciddi maraq göstərir. Oktyabrda Fransa prezidenti Emmanuel Makron hər iki ölkəyə səfər edib. Onun səfərinin əsas məqsədlərindən birinin məhz hər iki ölkəyə AES tikintisini təklif etmək olduğu bildirilirdi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR