Almaniya kansleri Angela Merkelin birinci koronavirus testinin cavabı mənfi çıxıb. Musavat.com xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Agentlik bildirir ki, bu, hələ ilkin testdir və kanslerin müayinəsi davam etdirilir.
Qeyd edək ki, Merkel martın 22-də karantinə alınıb. Buna səbəb isə onu müayinə edən həkimdə koronavirusun tapılmasıdır. Karantinə qədərsə Merkel Berlində koronavirus pandemiyası ilə bağlı əhaliyə müraciət edib.
Martın 21-də isə Almaniya kansleri tək halda supermarketlərin birindən şərab və tualet kağızı alarkən görüntülənmişdi.
DÜNYA,
Musavat.com






