İnsanlara hürriyət, millətlərə istiqlal!

Merkel siyasi səbatlığın və dözümlülüyün nümunəsidir - Qərb mətbuatı

683 26.09.2017 15:47 Dünya A A

Qərb mətbuatı Almaniya kansleri Angela Merkelin 4-cü qələbəsini geniş müzakirə edir.

Media bir çox məsələlərdə rəqiblərinin bütün arqumentlərini heçə endirərək öz qələbəsini möhkəmləndirən kansler lediyə öz heyranlığını gizlətmir.

Bununla bərabər sağ radikal “Almaniya üçün Alternativ” (“AüA”-red.) partiyasının qələbəsi də təşviş doğurub. Ekspertlərin gəldiyi rəyə görə, Avropada və Şimali Amerikada əsən radikal mühafizəkar və millətçi axın Almaniyadan da yan keçməyib və “AüA” onun buradakı təzahürüdür.

“Avropanın ən nüfuzlu siyasətçisi siyasi dözümlülük və səbatlığın əsl nümunəsini nümyiş etdirdi”, - “The Guardian” yazır.

Qəzetin fikrincə, Merkelin qələbəsindəki əsas faktor onun rəqiblərinin bir çox məsələlər üzrə dediklərini özünün uğurla həyata keçirməsindədir. Buraya nüvə energetikası, minimal əmək haqqı, eynicinsli nikahlar kimi məsələlər daxildir. “Siyasi məkan sadəcə ən radikal ideyalar üçün boş buraxıldı ki, bunu da “AüA” asanlıqla doldurdu”, - məqalədə qeyd olunur.

Картинки по запросу angela merkel victory

“Əlbəttə, AüA-nın yüksəlişi təşviş doğurmaya bilməz. Çünki bu partiya siyasi mühitə zəhər qatmağa və qütbləşməni gücləndirməyə qadirdir. Bu isə liberal demokratiya tərəfdarlarını olduqca narahat edir”, - yazıda göstərilir.

“The Washington Post” qəzetinin yazarı Enn Epplbaum Angela Merkelin 4-cü dəfə öz postunu qorumasını xüsusilə qeyd etsə də, Qərbi bürüyən populust küləyin Almaniyadan da yan keçmədiyini yazır.

“AüA” antiimmiqrant, anti-Avropa, anti-NATO partyası kimi seçicilərin 13,5% səsini ala bilib. Nəticə isə birdir: Fransa, Hollandiya, İsveç, İtaliya, Böyük Britaniya, ABŞ kimi ölkələrdə sağ radikalların səsi daha hündürdən gəlir”, - müəllif yazır.
Müəllif bu cür cərəyanların Rusiya tərəfindən dəstəklənməsinə də xüsusi diqqət çəkib:

“AüA” Rusiya tərəfindən sosial şəbəkələrdə açıq və aktiv şəkildə müdafiə olunub. Bununla əlaqədar Rusiyanın Almaniyadakı təsirinin artacağı və ölkədə Rusiyameylli əhval-ruhiyyənin yüksələcəyi də bəllidir”.

Картинки по запросу alternative für deutschland

Epplbaum bundan irəli gələrək Ukrayna, Suriya kimi məsələlərdə Merkel-Makron ittifaqının daha da kövrək hala gələcəyini düşünür.
İtaliyanın “La Reppublica” qəzeti isə “AüA” lideri Aleksander Qauland ilə müsahibə götürüb. Vaxtilə Merkelin partiyasının üzvü olan Qauland öz pariyasının qələbəsini tarixi adlandırıb. “Mən bunu almanları narahat edən bir çox mövzuların ölkədə gündəmə gəlməməsi ilə izah edirəm. Biz Merkelə təzyiq göstərəcəyik və ölkəni ələ keçirəcəyik”, - Qauland qeyd edib.

Qəzet müxbiri partiyanın nə üçün ölkənin şərq bölgələrində güclü olduğunu xəbər alıb.

“Çünki bu regionlarda “XDS” və “Sosial-demokrat” kimi ənənəvi partiyaların güclü əlaqələri yoxdur. Burada yaşayan bir çox insanın həyatı Berlin divarının yıxılması ilə bərabər pozulub”, - Qauland izah edir.

Картинки по запросу alternative für deutschland gauland

Aleksandr Qauland

Müsahibdən partiydakı antisemit və faşist elementlərinin varlığı barədə də xəbər alınıb. Qauland bununla bağlı heç bir məlumatı olmadığını bildirib.

“Lakin sizin Türingiya əyalət təşkilatınızın sədri Börn Heke “Holokost” qurbanlarına həsr olunmuş abidəni rəzalət adlandırıb və Hitlerin bütün əməllərinin heç də pis olmadığını bildirib”, - müxbir israrını davam etdirib.

“O, antisemit deyil, bundan başqa, Heke Bundestaqa namizədliyini irəli sürməyib”, - Qaulandın cavabı belə olub.

ABŞ-ın “BuzzFeed News” saytı isə seçklərə Rusiya tərəfindən “AüA” lehinə ciddi müdaxil edildiyini iddia edib.

Похожее изображение

“Rusiya hakerləri, həmçinin 30 nəfərdən ibarət xüsusi qrup “tvitter” və facebook-da Almaniya üçün Alternativ partiyasının təbliğatını aparıblar”, - hollandiyalı araşdırmaçı Henk van Ess və jurnalist Ceyn Ltvinenkonun məqaləsində belə yazılıb.

Saytın bildirdiyinə görə, özünü “Alexander” adlandıran bir haker bütün xidmətlərin partiya üçün pulsuz həyata keçirildiyini söyləyib. Bununla da sayt “AüA”-nı şüurlu şəkildə Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməkdə ittiham edib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR