İnsanlara hürriyət, millətlərə istiqlal!

“Merck“ şirkətinin koronavirusa qarşı dərmanı kütləvi istifadə üçün yoxlanılacaq

323 26.10.2021 10:25 Dünya A A

Avropa Dərman Agentliyi (EMA) “Merck“ farmakologiya şirkətinin kütləvi istifadə üçün yoxlanışını həyata keçirəcək.

AZƏRTAC xəbər verir ki, EMA ekspertləri antiviral xüsusiyyətə malik “Molnupiravir” dərmanının təsirinə aid tədqiqat məlumatlarının dəyərləndirilməsinə başlayıblar. Həb formasında olan dərman “Merck Sharp & Dohme“ şirkətinin “Ridgeback Biotherapeutics“ şirkəti ilə birgə istehsalıdır.

İlkin test nəticələrinə görə, preparat koronavirusun orqanizmdə təsirini zəiflədə bilir. Bu yolla xəstələrin stasionar müalicəsi qısaldıla, eləcə də ölüm hallarının sayı azaldıla bilər.

EMA preparatın keyfiyyəti ilə yanaşı, onun təhlükəsizliyi və təsir gücünü yoxlamaq üçün bir sıra test mərhələləri həyata keçirəcək. Bütün mərhələlər uğurla başa çatdıqdan sonra istehsalçı preparatın Avropa İttifaqında istifadəsinə icazə üçün müraciət edə bilər. EMA bunun üçün hansısa vaxt planının nəzərdə tutulduğunu açıqlamayıb.

İndiyədək Avropa İttifaqında koronavirusa qarşı bir dərmanın istifadəsi lisenziyalaşdırılıb, dörd preparatın yoxlanışı davam edir, beş dərman isə lisenziyalaşma mərhələsindədir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR