İnsanlara hürriyət, millətlərə istiqlal!

Mərakeşdə fermerlərə 1 milyard dollardan çox "quraqlıq pulu" ayrılacaq

267 19.02.2022 13:16 Dünya A A

Mərakeşin hakimiyyət orqanları krallıqda quraqlığın davam etməsi fonunda dəstəyə və fermerləri dəstəkləmək və onların maliyyə yükünü yüngülləşdirmək üçün 10 milyard dirhəm (1 milyard dollardan çox) vəsait ayırmaq haqqında qərar qəbul edib.

AZƏRTAC xəbər verir ki, kənd təsərrüfatı, dəniz balıqçılığı, kənd yerlərinin inkişafı, su ehtiyatları və meşələr naziri Məhəmməd Sadiqinin sözlərinə görə, Kral VI Məhəmməd göstərişlərinin icrası üçün işlənib hazırlanmış yardım proqramı yağıntıların kəskin qıtlığının nəticələrinin yumşaldılmasına yönəldilib.

Proqram sahilboyu rayonlarda ağacların suvarılması problemini həll etməyə, həmçinin kənd təsərrüfatı ilə bağlı kiçik layihələri dəstəkləməyə imkan verəcək.

Bu il də yağıntıların miqdarı keçən illə müqayisədə 64 faiz az olub. Belə iqlim şəraiti kənd təsərrüfatı kampaniyasına, xüsusilə payızlıq əkinlərin və otlaqların vəziyyətinə ciddi təsir edir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR