İnsanlara hürriyət, millətlərə istiqlal!

Mərakeşdə 90 min il yaşı olan qədim bıçaq tapılıb

879 05.10.2018 07:26 Maraqlı A A

Mərakeşdə on min illərlə yaşı olan qədim bıçaq aşkarlanıb.

"Report" xəbər verir ki, bu barədə "N+1" məlumat yayıb.

Qədim dövrün aləti Aralıq dənizinin sahilində, Rabat şəhərinin 10 kilometrliyindəki Dar əs-Soltan 1-dəki mağarada tapılıb. Onun uzunluğu 12,2 santimetr, eni 1,8 mm-dən 2,75 santimetrə qədərdir.

Bıçağın öküz qabırğalarından hazırlandığı ehtimal edilir. Məlumata görə, arxeoloji tapıntının təqribən 90 min il yaşı var.

Qədim bıçağın ateriya mədəniyyəti dövrünə aid olduğu güman edilir. Ateriya mədəniyyəti Afrikanın şimalında 145-20 min il əvvəl mövcud olub. O, erkən "Homosapiens"lə birləşir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR